Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Evi yanan köçkünlərə yeni mənzillər təklif ediləcək

Bu gün səhər Bakı şəhərinin Sabunçu rayonunda, Zabrat qəsəbəsi ərazisində beş məcburi köçkün ailəsinin müvəqqəti məskunlaşdığı birmərtəbəli tikilidə yanğın baş verib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən virtualaz.org-a bildirilib ki, yanğın barədə məlumat alandan dərhal sonra Dövlət Komitəsinin məsul əməkdaşları hadisə yerində olublar. Yanğın nəticəsində müvəqqəti məskunlaşma yerləri yararsız vəziyyətə düşən məcburi köçkünlər siyahıya alınıblar.

Hazırda Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən yanğının başvermə səbəbləri araşdırılır. Yanğının tikilidəki boş otaqlardan birində başlanması müəyyən şübhələrə əsas verir. Yalnız obyektiv araşdırmadan sonra, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında hadisəyə hüquqi qiymət veriləcək.

FHN-in məlumatına görə, ümumi sahəsi 1140 kvadratmetr olan, arakəsmələri taxta konstruksiyalardan ibarət tikilinin yanar konstruksiyaları 670 kvadratmetr sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Dövlət Komitəsi yanğından zərər çəkən ailələrə Qaradağ rayonu ərazisində məcburi köçkünlər üçün salınmış “Ümid” qəsəbəsində yeni mənzillər təklif edəcək.

pia.az


Etiket: Sabunçu rayonu

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Ən çox oxunanalar