Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qidaların ölkəyə idxalı dayandırılıb

Adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb...

Etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkəyə idxalı dayandırılıb.

Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

Bildirilib ki, cari il ərzində qida məhsullarının idxalı ilə məşğul olan subyektlərlə çoxsaylı görüşlər keçirilib, qanunvericiliyin tələbləri sahibkarlıq subyektlərinin diqqətinə çatdırılıb, bu cür nöqsanlara təkrar yol verən idxalçı şirkətlərə xəbərdarlıqlar olunub və yol verdikləri pozuntularla əlaqədar barələrində qanunvericiliklə nəzərdə tutulmuş qaydada inzibati tədbirlər görülüb.

Bundan əlavə, Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə idxalçı subyektlərin şəxsi kabinetlərinə hər idxal üçün müraciət edərkən qida məhsullarının etiketlənməsi ilə bağlı tələblərə dair bildirişlər göndərilib.

Eyni zamanda, qanunvericiliyə əsasən, dövlət dilində markalanması olmayan malların satışının qarşısının alınması və daimi nəzarətdə saxlanılması üçün iri ticarət şəbəkələrinə rəsmi xəbərdarlıq məktubları ünvanlanıb.

Həyata keçirilən maarifləndirici tədbirlərə, xəbərdarlıqlara və inzibati məsuliyyətə cəlbetmə ilə bağlı görülən işlərə baxmayaraq, təəssüf ki, nəzarət tədbirləri zamanı hələ də qida məhsullarının üzərindəki etiket məlumatları və adların Azərbaycan dilinə tərcüməsi ilə bağlı bəzi sahibkarlıq subyektləri tərəfindən ciddi qayda pozuntularına yol verildiyi aşkar olunmaqdadır.

Bu da öz növbəsində “Yeyinti məhsulları haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası qanunlarının tələblərini pozmaqla yanaşı, istehlakçıların məhsul haqqında dolğun məlumat ala bilməməsinə səbəb olur. AQTA bildirir ki, həmin məhsulların saxlanılması və ya istifadəsi ilə bağlı qaydalara əməl olunmaması isə insan sağlamlığı üçün ciddi təhlükə yarada bilər:

“Odur ki, AQTA bir daha qida məhsullarının idxalı sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müraciət edərək, onları sözügedən qanunların tələblərinə ciddi şəkildə riayət etməyə çağırıb və bildirilib ki, üzərindəki etiket məlumatları və adları Azərbaycan dilinə tərcümə olunmayan qida məhsullarının ölkə ərazisinə buraxılmaması və idxalçı ölkəyə geri qaytarılmasının tətbiqinə başlanılıb”.

Qeyd edək ki, AQTA tərəfindən həyata keçirilən nəzarət tədbirləri çərçivəsində dünyanın müxtəlif dövlətlərindən ölkəmizə idxal olunan qida məhsullarının üzərindəki etiket məlumatları və adların idxalçı şirkətlər tərəfindən Azərbaycan dilinə tərcüməsinin təmin edilməsi ilə bağlı bir sıra uyğunsuzluqlar aşkarlanıb və bu halların baş verməməsi üçün ardıcıl tədbirlər həyata keçirilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ərdoğan ABŞ səfərinin niyə baş tutmamasını açıqladı

Cavanlar azalır, qocalar çoxalır: Dünyada proses necə gedir?

“Avroviziya 2024”ün qalibi mükafatını səhnədəcə sındırıb

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

G20-də dəyəri ÜDM-dən yüksək olan yeganə şirkət məlum olub

İsveçrənin vitse-kansleri qəflətən vəfat edib

"Böyük Dəbilqə": Azərbaycanın daha dörd cüdoçusu mübarizəyə başlayır

Litvada prezident seçkisi və vətəndaşlıq referendumu keçirilir    

İsrailin Aşkelon şəhəri raket hücumuna məruz qalıb, xəsarət alanlar var    

Ukrayna Rusiyanın Belqorod şəhərinə zərbə endirib, 4 nəfər ölüb, 21 nəfər yaralanıb 

Şahmatçımız Məhəmməd Muradlı Avstriyada keçirilən turnirin qalib olub

Ən çox oxunanalar