Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Estoniyanın Ukraynaya qoşun göndərəcəyi istisna olunmur...

Estoniyanın Baş naziri Ukraynadakı münaqişəyə ölkəsinin ordusunun qarışmayacağına zəmanət verməkdən imtina edib...

Poliqon ERR Ahentliyinə istinadən xəbər verir ki, parlamentin iclası zamanı Estoniyanın Baş naziri Kaya Kallas Mühafizəkar Xalq Partiyasının (EKRE) üzvlərinə ölkə ordusunun Rusiya-Ukrayna münaqişəsinə qarışmayacağına dair zəmanət verməkdən imtina edib.

“Mən belə vədlər vermirəm, çünki şərait dəyişə bilər. Sizin şərhinizdən görünür ki, müdaxilə hər hansı bir şey ola bilər. Bizim Ukraynaya hərbi yardımımız Rusiya tərəfindən də müdaxilə kimi qiymətləndirilə bilər, çünki biz həqiqətən Ukraynanın qalib gəlməsini, Rusiyanın uduzmasını istəyirik”, Baş nazir bildirib.

Xanım Kallas hökumətin Ukrayna ərazisinə qoşun yeritmək planlarının olub-olmaması sualını da cavablandırıb. Baş nazirin sözlərinə görə, Estoniya hökümətində hazırda Ukraynaya qoşun yeritmək müzakirə olunmayıb. Kallas izah edib ki, yalnız hərbi ekspertlərin göndərilməsi müzakirə olunub.

Baş nazir qeyd edib ki, hər hansı bir yerə qoşun göndərmək üçün parlament mandatı lazımdır və Baş nazirin özü parlamentdən yan keçməklə belə qərarlar qəbul edə bilməz.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Ən çox oxunanalar