Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ermənistanın mövqeyi davamlı sülhə və birgə yaşayışa təhdid olaraq qalır”

B.Muradova 16-cı dəfədir ki, ombudsmanların Azərbaycana toplandığını xatırladıb

“Sülh olmadıqda davamlı inkişafa nail olmağın mümükünsüzlüyünü qəbul etməliyik, eyni zamanda davamlı inkişaf da ədalətli sülhə öz töhfəsini verməlidir. Azərbaycan daim bu istiqamətdə beynəlxalq ictimaiyyəti bir araya gətirmək və yeni təsisatlar yaratmaq istiqamətində təşəbbüslər göstərir”.

Bunu Milli Məclisin sədrinin müavini Bahar Muradova “Ədalətli sülh və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasında Ombudsmanların rolu” mövzusunda keçirilən Ombudsmanların XVI Bakı Beynəlxalq Konfransında çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan belə təcrübələrin aparılması və bölüşülməsi üçün çox uyğun bir məkandır: “Çünki bura hər zaman dialoq, əməkdaşlıq şəraitində təhlükəsizlik uğrunda mübarizə aparmaq istiqamətində məsələlərin müzakirə olunduğu və qərarların verildiyi yerə çevrilməkdədir. 16-cı konfransda bura gələn ölkələrin də razılığı ilə bəlkə də hansısa bir formada təsisat yaratmaq mümkün olardı və siz bunu daimi və davamlı fəaliyyət göstərən işlək bir quruma çevirə bilərsiniz. Ombudsmanların daim toplaşaraq problemləri həll edəcəyi bir qurum yaradılsaydı, bu, beynəlxalq aləmdə problemlərin həllinə töhfəsini verən orqana çevrilə bilərdi”.

B.Muradova 16-cı dəfədir ki, ombudsmanların Azərbaycana toplandığını xatırladıb: ”Bu da problemlərin araşdırılmasına, ombudsman təsisatının bu problemlərin həllində rolunun müəyyənləşsməsinə və müsbət təcrübələrin bölüşməsinə şərait yaradır. Bu tədbirlərin Qafqaz regionunda keçirilməsi təsadüfi deyil. Qafqaz regionu münaqişələrlə zəngindir, regionun üç dövləti münaqişədədir. Bu münaqişələrin həll olunmaması və davamlı sülhün əldə edilməməsi, bir çox hallarda münaqişə tərəflərindən birinin qeyri-konstruktiv mövqeyi, konkret halda Ermənistanın heç bir çərçivəyə sığmayan mövqeyi insanlarımız, dövlətimiz və xalqımız üçün daimi sülh əldə etməyə imkan verməyib. Ermənistanın qeyri-konstruktiv mövqeyi davamlı sülhə, birgə yaşayışa əsas təhdid olaraq qalır. Həm mövcud təsisatları tam istifadə etmək, yeri gələn zaman yeni təsisat yaratmaqla problemləri həllinə nail olmaq lazımdır”.(report)

pia.az


Etiket: Bahar Muradova

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Ən çox oxunanalar