Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın Gürcüstanla strateji tərəfdaşlığı: Bu, Bakıda ciddi suallar yaradacaq...

Ermənistanın Baş naziri Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə Tbilisidə strateji tərəfdaşlıq haqqında saziş imzalayıb. Bu sazişin Azərbaycan üçün hansı təsirləri ola bilər?..

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Azərbaycan ərazi bütövlüyünü və Qarabağ üzərində suverenliyini tam bərpa etdikdən sonra Ermənistanın müxtəlif dövlətlərlə siyasi və iqtisadi əlaqələrinin genişləndirməyə çalışmasından narahat deyil. Onun sözlərinə görə, Azərbaycan üçün yeganə istisna müxtəlif dövlətlərin Ermənistana hücum xarakterli hərbi texnika göndərmələri və qonşu dövlətlərin buna şərait yaratmalarıdır.

Ekspert vurğulayır ki, Ermənistan-Gürcüstan sətaretji tərəfdaşlığı müxtəlif ölkələrin İrəvana hücum xarakterli hərbi texnikanın keçidinə şərait yaradacaqsa, bu, Azərbaycanda rəsmi Tbilisinin siyasəti ilə bağlı ciddi suallar yaradacaq: “Böyük ehtimalla Fransa yenə Gürcüstan ərazisindən Ermənistana hərbi texnika göndərməyə çalışacaq. Belə olan halda Tbilisi “Ermənistan artıq Gürcüstanın strateji tərəfdaşıdır, biz hərbi yüklərin Ermənistana çatdırılmasına mane ola bilmərik” tezisini əlində rəhbər tuta bilər. Bu baş vermədən Azərbaycanı da özünə strateji tərəfdaş sayan Gürcüstana Bakıdan belə bir mesajın göndərilməsinə ehtiyac var: “Müxtəlif dövlətlərin Gürcüstan ərazisindən Ermənistana hərbi texnika daşıması Azərbaycan-Gürcüstan strateji münasibətlərinin ruhuna uyğun olmayacaq”.

E.Şahinoğlu bildirir ki, normalda həm Azərbaycanın, həm də Ermənistanın strateji tərəfdaşı olan Gürcüstan bölgədə sülh və üç ölkə arasında əməkdaşlığın formalaşması üçün çalışmalıdır. “Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanın vasitəçi rolunda çıxış etməsinə və görüş yeri kimi Tbilisinin seçilməsinə müsbət yanaşır. Böyük ehtimalla Paşinyanla Qaribaşvili arasında bağlı qapılar arxasında Tbilisinin vasitəçi rolunun artırılmasıyla bağlı danışıqlar aparılıb. Gürcüstanın vasitəçiliyi AzərbaycanErmənistan üçün ən optimal variantdır, əks halda Kreml “tərəfləri Moskvaya dəvət edirik” israrıyla həm Bakıya, həm də İrəvana təzyiqi artıracaq ki, bu Cənubi Qafqaz ölkələrinin maraqlarına cavab vermir”, - politoloq qeyd edib.

Rasim Əliyev (AzPolitika.info)

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

Türkiyə İran Prezidentinin düşdüyü qəza ilə bəzi təfərrüatları açıqlayıb

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

İran Prezidentinin helikopterində olan bütün cəsədlərin kimliyi müəyyən edilib

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Ən çox oxunanalar