Cümə axşamı, 16 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistanın baş naziri verdiyi əfv fərmanından peşman olub

Ermənistanın baş naziri Nikol Paşinyan erməni cəmiyyətində nüfuzunu artırmaq məqsədilə ötən ilin noyabrında imzaladığı əfv fərmanından peşman olub. Məsələ ondadır ki, daha çox siyasi məqsəd daşıyan bu addımın nəticəsində paytaxt Yerevan və digər rayonlarda cinayətkarlıq görünməmiş həddə çatıb

Ermənistan Nazirlər Kabineti amnistiya mexanizmindən imtina edilməsi və onun yerinə məhkumların vaxtından əvvəl azad olunması qaydalarını müzakirə edir. Paşinyan hökumətin iclasındakı çıxışında bildirib ki, əfv olunan residivist cinayətkarlar yenidən həmin cinayətlərə görə həbs edilirlər. Onun sözlərinə görə, vəziyyətin nəzarətdən çıxmasının qarşısını almaq üçün bütün cinayətkarların əfvi əvəzinə bəzilərinin vaxtından əvvəl azadlığa buraxılması mexanizmi işlənib hazırlanmalıdır.

2018-ci ildə və cari ilin ilk aylarında qarət, mənzil oğurluğu və dələduzluq kimi cinayətlərin sayının kəskin artması erməni cəmiyyətini narahat edib. Bu ölkənin vətəndaşları bildirirlər ki, hər dəqiqə təhlükə ilə üzləşəcəklərindən ehtiyat edirlər. Məhz bu səbəbdən residivlərin sayının azaldılması üzrə yeni plana hər bir məhkuma fərdi yanaşma, onların davranışının və islah olunma ehtimalının nəzərə alınması daxil edilib.(azərtac)

pia.az


Etiket: Əfv fərmanı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Slovakiyanın baş nazirini güllə-boran edən şəxsin oğlu danışdı - Yenilənib, Video

Tələbənin qətlə yetirildiyi müəmmalı ev: Səhər çıxıb, axşam gələn digər iki şəxs kimdir? - Video

Slovakiya Baş nazirinə sui-qəsd edən şəxsin məşhur yazıçı olduğu üzə çıxıb - Foto, Yenilənib

“Ağ çiçəyim” gül mağazasında baş verən yanğın söndürüldü - Yenilənir, Foto

Bakıda vətəndaşın kirayə verdiyi üçotaqlı ev satılıb - Video

İntim videolar çəkən FHN polkovniki şikayətini geri götürdü

Sabir Rüstəmxanlının qızı ilə boşanan müğənni ilk dəfə ayrılıqlarından danışdı - Video

Qarabağdakı sülhməramlı missiyanın fəaliyyətinə ehtiyac qalmadı...

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - Foto

Azərbaycanla Ermənistan arasında sərhəd xəttinin koordinatları ilə bağlı protokol imzalanıb

Ən çox oxunanalar