Çərşənbə, 28 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistandan hiyləgər gediş: Avropa Məhkəməsində Azərbaycana qarşı yeni iddia

2022-ci il iyulun 27-də Ermənistan Avropa İnsan Haqları Məhkəməsinə Azərbaycana qarşı yeni, dövlətlərarası iddia qaldırıb.

Bu barədə erməni KİV-ləri yazıb.

Ermənistanın Beynəlxalq Hüquq Məsələləri üzrə Nümayəndəliyinin yaydığı xəbərə əsasən, sözügedən iddia guya Azərbaycanın "törətdiyi təcavüz nəticəsində mülki əhalinin hüquqlarının pozulması" haqdadır. Söhbət Fərrux kəndi ətrafında baş vermiş məlum hadisələrdən, guya kəndlərin mülki erməni əhalisi üçün yaranan real təhlükələrdən, onlara qarşı vaxtaşırı "güc tətbiqi"ndən gedir. İddia olunur ki, "2021-2022-ci illərdə bunun nəticəsində "artsax"lıların yaşamaq hüququ pozulub".

Bəs Azərbaycana qarşı belə əsassız iddia icraata götürələcəkmi və onun hansısa hüquqi nəticələri ola bilərmi? Azərbaycan da qarşılıqlı iddia qaldıracaqmı? Qarabağ ərazisinin yuridik olaraq Ermənistana nə dəxli var? Ümumiyyətlə, biz işğalçı Ermənistanı nə vaxt beynəlxalq məhkəməyə verib təzminat tələb edəcəyik? Proses nə yerdədir?

Bakı Politoloqlar Klubunun rəhbəri Zaur Məmmədov "Yeni Müsavat"a qeyd etdi ki, bununla Ermənistan hadisələri qabaqlamaq istəyindədir. Onun sözlərinə görə, onlar öz etdiklərində Azərbaycanı günahlandırırlar: "Bu, Ermənistan üçün çox vacibdir. Çünki Qarabağda baş verənləri ermənilərin "etnik təmizlənməsi" və onlara qarşı Azərbaycan tərəfindən "dözümsüzlük" kimi bağlamağa çalışırlar. Ermənilər yaxşı bilir ki, xristian həmrəyliyi və kiçik toplum olan ermənilərin müdafiəsində bu hücum onların köməyinə daha çox gələ bilər".

Z.Məmmədov xatırlatdı ki, ermənilər  200 ildir ki, gah Türkiyənin, gah Azərbaycanın ermənilərə qarşı guya etnik təmizləmə siyasəti apardığını iddia edirlər: "Ancaq Ermənistanda, ardınca Qarabağda və Şərqi Zəngəzurda azərbaycanlılara qarşı etnik təmizləmə aparıldığı məlumdur. İndi diplomatiyamızda beynəlxalq hüquq istiqamətində ixtisaslaşan məsul şəxslərimiz var və hücuma hücum taktikasını seçmək lazımdır. Hazırda bundan istifadə edilir. Hansı qərardan asılı olmayaraq, ermənilər istəklərinə çatmayacaq, Xankəndi, Xocalı və digər ərazilərdə üçrəngli bayrağımız ucalacaq. Artıq lobbi qruplar istisna olmaqla, heç kəsdə Ermənistanın hərəkətlərinə inam qalmayıb. Bu cür addımlar özlərinə zərərdir".

Siyasi ekspert Ramiyə Məmmədova hesab edir ki, erməni tərəfinin bu həşiri nəticə verməyəcək: "Onların əlində sübut yoxdur ki, Avropa Məhkəməsinə təqdim etsinlər. Nə 44 günlük müharibədə, nə Fərruxun nəzarətə götürülməsində, nə də sonuncu "Qisas" əməliyyatında bir mülki erməni zərər görməyib. Ona görə Avropa Məhkəməsinə hansısa faktlar təqdim etmədən işi udmaq mümkün deyil. Təbii ki, Azərbaycan diplomatiyası da əl-qolunu sallamayacaq və bu yöndə addımlar atacaq. Amma biz beynəlxalq hüquqdan kənar heç bir iş görməmişik. Əvvəla, öz ərazilərimizdə suverenliyi təmin edirik,

İkincisi, heç bir dinc erməni Qarabağın dağlıq ərazisindən qovulmayıb, əksinə, müharibədən sonra avtobuslarla Xankəndinə, Ağdərəyə, Xocavəndə qaytarılıblar. Sadəcə, birgə bəyanatda hansı əraziləri boşaldılması göstərilibsə, onu icra etməlidirlər. Biz hər hansı əliyalın erməniyə güc göstərməmişik - onlardan fərqli olaraq. Son antiterror əməliyyatı da səliqəli, koordinat üzrə aparıldı, terrorçu postları vuruldu, evində oturan silahsız erməninin başından bir tük də əskik olmadı. Hansı təhlükədən söhbət gedə bilər? Üstəlik, hara istəyirlərsə, şikayət etsinlər, qoyun bir 30 il də onlar müraciətlər yazsınlar.

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

General Rəfail Mehdiyev həbs edilə bilər: Milyonlarla vəsait yoxa çıxıb    

Polis rəisinin içərisində olduğu avtomobil qəzasına aydınlıq gətirilib

Bərdədə 22 yaşlı gəncin qətlə yetirilməsi ilə bağlı cinayət işi başlanıb - Yenilənib  

İçkili vəziyyətdə maşın sürən namizəd: Nigar Məmmədovanın qəza törətməsi necə gizlədilib?

Prezident və Birinci xanım “Sea Breeze”də LANDAU Məktəbinin və “The Grand” apart hotelinin açılışında iştirak ediblər - Yenilənib

Bütün Qafqazdan insanlar 3500 il öncə bura gəlib, yemək yeyiblər - Qərbi Azərbaycan Xronikası    

Azərbaycan millisi beynəlxalq "Technoxian-2024” robot yarışmasında çempion olub - Video

Bu bürclər yaxın günlərdə peyğəmbərlik yuxusu görə bilər

İmişlinin 23 yaşayış məntəqəsində qaz olmayacaq

Latviya 2028-ci ildən qadınlar üçün məcburi hərbi xidmət tətbiq edə bilər

Ən çox oxunanalar