Çərşənbə axşamı, 30 Aprel 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənistan mövqeyini dəyişdi - işğalçı ölkə danışıqlara gedir


Ermənistan həmişə Qarabağ münaqişəsinin danışıqlar yolu il həllinin tərəfdarı olub


Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbəndyan erməni mətbuatına açıqlaması zamanı bildirib. 

Ermənistan XİN başçısı iddia edib ki, İrəvanın danışıqlar prosesindən çəkilməsi iddiası Azərbaycanın arzusudur. “Bu, yalandır, Ermənistan heç  vaxt danışıqlar prosesini tərk etməyib. Əksinə, biz həmişə münaqişənin sülh yolu ilə həllini dəstəkləmişik”-erməni nazir bildirib. O qeyd edib ki, Ermənistan heç zaman müxtəlif səviyyəli görüşlərdən imtina etməyib. 

Nalbəndyanın iddiasına görə, əgər hansısa görüş baş tutmayıbsa, bu, “Azərbaycanın günahı səbəbindən” baş verib. Erməni nazir deyib ki, sonuncu belə hadisə Vaşinqtonda olub, hansı ki, Azərbaycan tərəfi hətta həmsədrlərlə də görüşdən imtina edib. Bakıya yönəlik digər ittihamlar da səsləndirən E.Nalbəndyanın iddiasına görə, artıq vaxt çatıb ki, dünya birliyi Azərbaycanı konstruktiv mövqeyə gətirsin. 

Qeyd edək ki, Ermənistan prezidenti Serj Sərkisyan aprelin 24-də İrəvanda, öz iqamətgahında “Bloomberg” agentliyinə müsahibəsində danışıqlardan imtinasını və indiki şərtlərdə danışıqlar prosesinə qayıtmağı planlaşdırmırmadığını elan etmişdi. Erməni prezident “Təhlükəsizlik qarantiyası olmadan Ermənistanın sülh danışıqlarına qayıtması ağlasığmazdır. Çünki indi situasiya tamamilə başqadır. Bir tərəfdən biz haradasa danışıq aparacağıq, o biri tərəfdən hərbçilər burada münaqişəni həll etməyə çalışacaqlar?”- demişdi. Qısa  müddətdə nə dəyişdi ki, Ermənistan XİN-i prezidentin iradəsinə “zidd” mövqe ortaya qoydu? 

Hər halda ağla gələn iki versiya var: 1.Ermənistanın son döyüşlərdə aldığı sarsıdıcı zərbələr; 2. Rusiya XİN başçısı Sergey Lavrovun 26 apreldə Nalbəndiyana açdığı telelefon zəngi. Şübhəsiz ki, Moskva İrəvana yeni təlimatlar verib. Görünən budur ki, son iki gecə sarsıdıcı artilleriya zərbələrinə tuş gələn işğalçı ölkə Azərbaycanla döyüş meydanında bacarmadığını anlayıb “danışıqlara davam” qərarı verib.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Əri tərəfindən başı kəsilən Sevincin üç yaşında qızı olub - Təfərrüat, Yenilənib, Foto

TƏBİB: Qazaxda minaya düşən DSX hərbçisinin vəziyyəti ağırdır - Yenilənib

Göyçayda oğul atasını döyərək öldürüb, cinayət işi açılıb - Yenilənib

Odessanın atəşə tutulması nəticəsində dörd nəfər ölüb, 28 yaralı var - Yenilənib

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, açarlar təqdim olunub - Yenilənib    

Türkiyə XİN Fransa Milli Assambleyasının qərarını pisləyib

4 bürcdən “Necəsiniz?” soruşmayın: - Saatlarla sızıltılarına qulaq asmalı olacaqsınız

Avtomobil bazarında durğunluğun səbəbi nədir? - Video

Ən çox oxunanalar