Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər SSRİ vaxtı eşşək ətini Azərbaycana necə göndərirdilər? 

Tarixi sənədlər...

“Keçmiş SSRİ xalqlarının qida rasionunun siyahısı hazırlanarkən ermənilərin təşəbbüsü ilə azərbaycanlıların qida rasionuna eşşək əti də salınıb. Bununla da ermənilər dünyaya azərbaycanlıları “eşşək əti yeyən xalq” kimi təqdim etməyə çalışıblar”.

Bunu Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar İB-nin sədri Əyyub Hüseynov bildirib.

O əlavə edib ki, “SSRİ-də qida məhsullarının növü və qiyməti” adlı kitab 1963-cü ildə SSRİ Nazirlər Sovetinin tövsiyəsi ilə nəşr olunub:

“Burda bir vacib məqamı qeyd edim ki, o zaman qatı millətçi Anastas Mikoyan SSRİ dövlətində əsas simalardan biri idi. Və yəqin ki, bu da Anastasın növbəti “xidməti” idi.

Xatırlatmaq istəyirəm ki, keçmiş SSRİ-də planlı iqtisadiyyat vardı. Nəinki hər müttəfiq respublikanın, hətta ən xırda yaşayış məntəqəsi üçün də proqnozlar hazırlanırdı. O cümlədən də bölgələrdəki insanların məşğulluğu, ehtiyacı və qida rasionu da dəqiq hesablanırdı”.

Əyyub Hüseynov onu da əlavə edib ki, bu kitabda SSRİ daxilində, habelə bu ittifaqın təsiri altında olan dövlətlərin qida rasionundakı ətin növləri göstərilib:

“Eyni zamanda burada ətin keyfiyyəti və qiymətləri barədə də məlumatlar yer alıb. Siyahıya nəzər saldıqda görünür ki, yalnız Azərbaycanda eşşək əti yeməli ət kimi göstərilib. Sözügedən kitab ermənilər tərəfindən tərtib olunub. Bu da mənfur qonşumuzun uzun illər ölkəmizə qarşı apardığı məkrli siyasətdən xəbər verir. Bu fakt həm xalqımızı aşağılamaq məqsədi daşıyıb, həm də keçmiş SSRİ-də eşşək ətinin Azərbaycana tədarük edilməsinə istiqamət verib. Bildiyimiz kimi o zamanlar bir çox ərzaqlar, o cümlədən ət məhsulları talonla verilirdi və donmuş şəkildə olurdu. Donmuş ətin mənşəyini isə sadə vətəndaş müəyyən edə bilməzdi. Belə faktlar bizə düşmənimizi daha yaxından tanımaq imkanı verir”.

pia.az


Etiket: SSR


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar