Cümə axşamı, 30 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ermənilər Paşinyanın edamını tələb edir

Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinin öyrənilməsi Mərkəzinin direktoru, erməni əsilli rusiyalı politoloq Semyon Baqdasarov Ermənistanın baş naziri Nikol Paşinyan və onun silahdaşları üçün ölüm hökmü tələb edir.

PİA.az xəbər verir ki, S.Baqdasarov bu barədə öz Teleqramında yazıb.

Yerevanda baş verən hadisələrə gəldikdə, bu barədə dəfələrlə xəbərdarlıq etdiyim şeylər baş verir. Əbədi suala-nə etməli və kim günahkardır,- bir cavab tələb olunur. Bəs cənab Paşinyan hakimiyyətə qanuni əsaslarlamı gəlmişdi? O, iğtişaşlar törətdi və bunu ondan əvvəl hakimiyyətin korrupsioner məmurlara məxsus olması ilə əsaslandırması bir qara qəpiyə də dəyməz.

Xaini tapın, onu və bütün "Soros dəstəsini" boynundan tutub Hərbi Məhkəmənin mühakiməsinə verin. Satqın və Vətən xaini kimi mühakimə edin. Dəfələrlə təkrarladım ki, ilk addım erkən parlament seçkilərinə qədər fəaliyyət göstərən Müvəqqəti Milli Qurtuluş Komitəsi yaratmaqdır. Bu cür tədbirlərin əleyhdarlarını kameraya- "sahiblərinin" yanına göndərin”, - deyə politoloq vurğulayıb.

S.Baqdasarov Paşinyanın hakimiyyətə gəlməsinin təsadüfi olmadığını düşünür: “Soros onu hakimiyyətə elə-belə gətirməyib. Yalnız tənbəllər Sorosun dünyanın böyük maliyyə şirkətləri ilə əlaqəsi barədə danışmırdı. Bu, Qarabağı və  Zəngəzuru təslim etmək, həmin  ərazilərdən Türkiyəyə karbohidrogenləri aparan boru kəmərləri sisteminin açılması məqsədi ilə hakimiyyətə qəsdən gəlmək idi.

Cənab Paşinyan erməni xalqına xəyanət edib. Hərbi Tribunal tərəfindən mühakimə olunmalıdır. Ölüm cəzasına müvəqqəti moratorium (əgər belə bir şey varsa) ləğv edilməlidir. Paşinyan və ortaqlarını divara söykəmək lazımdır!”. (Virtualaz.org)

pia.az


Etiket:

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Köç karvanı Xocalıya çatıb, mənzillərin açarları sakinlərə təqdim edilib - Yenilənib

Sabiq nazirin oğlu sədr müavini təyin olunub    

Qaçırılaraq təcavüz edilmiş qızın ailəsi 3 milyon yarım tələb etdi - Ağır cəza verildi

Çiyələklə bağlı əhaliyə xəbərdarlıq edildi

Laçında 36 milyonluq layihənin icrasına başlanılır

Azərbaycan Ordusunun geyim forması dəyişdi    

2036-cı il Yay Olimpiya Oyunlarının məkanı bəlli oldu

Müdafiə Nazirliyinin generalı istefaya göndərilib - Yenilənib

Ukrayna ordusu Krasnodara Qərb silahları ilə zərbələr endirib

Məşhur restoran sahibi qumara görə cərimələndi - Adını dəyişib “Qarabağ” qoydu

Ən çox oxunanalar