Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni separatçılarının fransalı havadarı ifşa edilib

Özünün qatı ermənipərəst mövqeyi ilə tanınan və 2027-ci il prezident seçkilərində namizəd olmağa hazırlaşan Fransanın Overen-Rona-Alp Regional Şurasının sədri Loran Vokie vəzifə səlahiyyətlərini aşmaqda ittiham edilir...

"Report" Fransa mətbuatına istinadən xəbər verir ki, bəzi yerli məmurlar onun işgüzar fəaliyyətində çoxlu nöqsanlar aşkarlayıb.

Belə ki, Vokyenin 4 əməkdaşı regional şurada qanunsuz işləməkdə şübhəli bilinir.

Bununla yanaşı, onun büdcə vəsaitlərindən qeyri-qanuni şəkildə istifadə etdiyi üzə çıxıb. Regional ekoloji təşkilatın rəhbəri Fabyen Qraeber büdcə müzakirələri zamanı Vokyeyə qarşı səslənib:

"Sizə aid olmayan vəsaitlərlə bizim regionumuzdan taleyiniz üçün bir pilləkən kimi istifadə edirsiniz. Fiskal qənaət dövründə buna daha dözə bilmərik!"

Regional şuranın deputatı, Sosialist partiyaslndan olan siyasətçi Najat Valo-Belkasem isə bildirib ki, hədsiz xərclər, qanunsuz yolla işədüzəltmə Vokienin regionun maliyyəsini necə idarə etdiyinə dair şəffaflığın olmamasının bariz nümunəsidir və onun siyasi gələcəyi ilə bağlı suallar yaradır.

Qeyd edək ki, Loran Vokye bir sıra ermənipərəst siyasətçilərlə birgə bu ilin iyun ayında Qarabağın guya blokadada olmasını əsas gətirərək Fransa və BMT-yə erməni sakinlərə kömək məqsədilə kollektiv müraciət ünvanlayıb. Bundan əvvəl isə aprel ayında ermənipərəst siyasətçi İrəvanda qondarma rejimin “xarici işlər naziri” Sergey Kazaryanla görüşündə təxribatçı fikirlər səsləndirib. Loran Vokye bildirib ki, təmsil etdiyi regionun dəstəyi və Fransadakı erməni icmasının təşkilatçılığı ilə Xankəndiyə “humanitar yardım” aparacaq. O, bu konvoyu Laçın yolundan keçirəcəyini bildirib. Vokyenin bu açıqlaması rəsmi Bakının sərt etirazına səbəb olub və Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı fəaliyyət kimi dəyər­ləndirib.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar