Çərşənbə, 22 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Erməni politoloq: "Moskva Paşinyanı cəzalandıracaq"

Rusiya xarici işlər naziri Sergey Lavrovun İrəvanın son günlərdə atdığı addımları tənqid etməsi Ermənistanda birmənalı qarşılanmayıb

Erməni politoloq Stepan Danielyan baş nazir Nikol Paşinyanın Moskvanı qıcıqlandıran davranış və bəyanatlarının Ermənistan üçün ağır fəsadlar törədəcəyi ilə bağlı xəbərdarlıq edib.
Onun fikrincə, hazırda Ermənistan daxilindəki ən qalmaqallı siyasi hadisə - sabiq prezident Robert Koçaryanla Kollektiv Təhlükszilik Müqaviləsi Təşkilatının (KTMT) fəaliyyətdə olan sədri Yuri Xaçaturov ətrafında cərəyan edən prosesləri Rusiya özü üçün təhqir hesab edir. Danielyanın sözlərinə görə, Moskva İrəvan rəhbərliyinin davranışlarını Dağlıq Qarabağ məsələsi ilə əlaqələndirəcək. Bu mənada erməni politoloq hesab edir ki, son günlər “Erməni Milli Konqresi”nin aktivliyi və Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi barədə sensasiyalı bəyanatlar səsləndirilməsi təsadüfi deyil.

“Odur ki, Ermənistan siyasi gündəminin bir nömrəli məsələsi Rusiya ilə münasibətlər olacaq. Lakin mən belə başa düşürəm ki, Paşinyan 17 avqusta dəstək mitinqi təyin etməklə anti-Rusiya aksiyasına hazırlaşır. Ermənistanın hazırkı durumunu nəzərə alsaq, indi hər şey bizim üçün təhlükə ehtiva edə bilər. Bu, o demək deyil ki, biz Rusiya ilə suveren-vassal münasibətlər sistemini qorumalıyıq. Lakin İrəvanın son addımları, xüsusən də KTMT baş katibinin məsələsi ilə bağlı tələsik davranışlarını anlamaq çətindir. Xaçaturovu əvvəlcə tutduğu postdan geri çağırıb və bundan sonra ona qarşı istintaq prosesini başlatmaq da olardı...”.

Lakin Danielyanın fikrincə, artıq gecdir və Rusiya ilə Ermənistan arasındakı mübahisəli məsələlərin müəyyən nəticələri olacaq: “Ola bilər ki, sərhəddə gərginlik yaransın, həmçinin sanksiya formasında olmasa da, iqtisadi məhdudiyyətlərin tətbiqi mümkündür. Məsələn, Yuxarı Larsdan keçən yollar bağlana bilər. Bu cür tədbirlər Ermənistan ictimai rəyinə də mənfi təsir göstərəcək. Lakin ilkin mərhələdə əhali anti-Rusiya əhvalında olsa da, daha sonra etirazların istiqaməti Paşinyan hökumətinə qarşı çevriləcək.”

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Erməni politoloq sual edib ki, “bütün bu fəsadların fərqində olan Paşinyan hökumətinin hansısa planı varmı? Mən nə daxili, nə də xarici siyasətdə belə bir planın mövcudluğunu görürəm”.(AzVision.az)

pia.az


Etiket: Politoloq

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Londondan Sinqapura uçan təyyarə hava boşluğuna düşüb, ölən və yaralılar var - Yenilənib

Azərbaycanda məktəbli qızın ölüm səbəbi bilindi - Yeniləndi

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Azərbaycanda universitetdə yoxlamalar başladı: Rektorun işi təftiş edilir

Təbrizdə İranın mərhum Prezidenti və xarici işlər naziri ilə vida mərasimi başlayıb  - Yenilənib, Video  

Politoloq: Regional proseslər İranın nə qədər beynəlxalq güclərin oyunlarına alət olmasından asılı olacaq...

“Bakı Kristal Zalı”na yeni direktor təyin edilib  

Türkiyənin modernləşdirdiyi "LAÇİN" qırıcısı Azərbaycana təhvil verildi

BMT Volodimir Zelenski ilə bağlı qərarını açıqladı

Ən çox oxunanalar