Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərindən 35 yaş böyük olan Bricit Makron onunla necə yola gedir?

Fransanın birinci xanımı Bricit Makron gələcək Fransa lideri ilə görüşünün ilk günlərindən əri ilə münasibəti ilə bağlı qorxularından, o cümlədən onun zamanla “öz yaşıdına aşiq olacağından” narahatlığından danışıb...

Poliqon xəbər verir ki, Bricit Macron bu barədə “Paris Match” nəşrinə müsahibəsində bildirib.

“Beynim tamamilə xaos içində idi. Belə bir gənc oğlanla münasibət qurmaq mənim üçün dağıdıcı idi”, deyə Fransanın birinci xanımı bildirib.

“Emmanuel Parisə getməli idi. Özümə dedim ki, o, yaşıd birinə aşiq olacaq. Amma bu baş vermədi”, deyə xanım Makronun qeyd edib.

Nəşr qeyd edir ki, cütlüyün yaş fərqi Fransada aktual mövzu olaraq qalır. Emmanulelin 45, Bricitin isə 70 yaşı var. Makron 2017-ci ildə “Elle France” nəşrinə müsahibəsi zamanı bu mövzuya toxunaraq, “həyatda vacib seçimlər etməli olduğunuz vaxtlar olduğunu” qeyd edib.

“Əlbəttə, səhər yeməyimizi birlikdə yeyirik, mən və qırışlarım, o və gəncliyi, amma belədir”, deyə xanım Makron müsahibəsində deyib. “Bu seçimi etməsəydim, həyatımı əldən verərdim. Uşaqlarımla çox xoşbəxt idim və eyni zamanda hiss etdim ki, bu sevgini yaşamalıyam, tam xoşbəxt olacam”.

Cütlük Bricitin Amyensdəki Providence Katolik Məktəbində dramdan dərs deyəndə tanış oldu. Onun qızı Emmanuelin sinif yoldaşı olub.

“Paris Match”a verdiyi müsahibədə Bricit Makronun yaş fərqindən çox narahat olduğu aydın olur. nəticədə 40 yaşlı müəllimlə 15 yaşlı yeniyetmə Emmanuel arasında münasibətin başladığı üzə çıxanda bu, qalmaqala səbəb olub.

Politico nəşrinə görə, Fransada nikaha razılıq yaşı 15-dir, lakin ölkədə bununla bağlı qanun qəbul edilənə qədər cinsi zorakılıq halları istisna olmaqla, buna diqqət yetirilməyib.

Sonra Emmanuelin valideynləri onu Parisdəki başqa bir məktəbə köçürmək qərarına gəliblər, lakin bu, Bricitlə münasibətlərinə təsir etməyib. Emmanuel Parisə getdikdən sonra Bricit dram dərslərini dayandırıb və Latın dilindən dərs verməyə başlayıb. Həmin vaxt o, evli idi, lakin uzun illər ərindən ayrı yaşayıb. Bricit Emmanuellə toyuna az qalmış boşanıb.

Bricit yeniyetmə ilə münasibətin Emmanuelin yaşında olan uşaqlarına necə təsir edəcəyindən də narahat olub. Bridget, evliliklərinin ailəsinin qalan hissəsini çox narahat etməyəcəyinə əmin olmaq üçün on il gözlədiyini söyləyib.

“Onların həyatlarını məhv etməmək üçün mən 10 il gözlədim. Amma həyatımı əldən vermək istəmədim”, deyə birinci xanım qeyd edib.

Cütlük 2007-ci ildə evlənəndə, Emmanuel 29 yaşında olub, və toydan sonra o, üç ögey övladına belə deyib: “Bizi, o qədər də normal olmayan cütlükləri qəbul etdiyiniz üçün sizə təşəkkür edirik”.

Qeyd edək ki, Makron 39 yaşında Fransa prezident seçkilərində qalib gələrək ölkənin ən gənc prezidenti olub.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Dövlət başçısı Şuşada Aşağı Gövhər Ağa məscidində aparılan bərpa işləri ilə tanış olub - Yenilənib

Ən çox oxunanalar