Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərəstun Oruclu: Moskva bilərəkdən Bakını çətin duruma salır...

Moskva erməniləri Qarabağa qaytarmaqla öz ordusunun Qarabağda hələ uzun müddət qalmasını təmin etməyə çalışır...

Siyasi-şərhçi: “Əslində Rusiya rəsmiləri bu cür açıqlamalar verməklə Azərbaycan hökümətini Azərbaycan cəmiyyəti qarşısında kifayət qədər çətin duruma salırlar”.

“Bunların hamısı göstərir ki, Moskvanın təsiri rəsmi Bakıya yetərincə güclüdür”.

Bu sözləri siyasi-şərhçi Ərəstun Oruclu Rusiyanın erməniləri Qarabağa qaytarmaq istəyini Poliqon-a şərh edərkən qeyd edib.

Rusiya tərəfindən verilən açıqlamalardan belə çıxır ki, Moskva Bakı ilə ermənilərin Qarabağa qaytarılması üçün danışıqlar aparır. Rusiya tərəfi heç də gizlətmir ki, Moskva bununla öz ordusunun Qarabağda hələ uzun müddət qalmasını təmin etməyə çalışır.

Ermənilərin Rusiyanın təminatı altında bir daha Qarabağa qayıtmaları mükündür?

Mövzunu Poliqon-un əməkdaşı siyasi-şərhçi Ərəstun Oruclu ilə müzakirə edib.

Ərəstun Oruclu: “Biz son zamanlar bütün Bakı-Moskva anlaşmaları və yaxud bütün anlaşmalar haqqında məlumatı Moskvadan alırıq”.

Azərbaycan tərəfindən reaksiya yoxdursa, Rusiyadan gələn açıqlamaların həqiqəti əks etdirdiyini vurğlayan ekspert Poliqon-a açıqlamasında qeyd edib ki, əks halda bu məlumatlar təkzib olunmalı idi:

“Belə görünür ki, Bakı ilə Moskva arasında hansısa yaxınlaşma var və yaxud əvvəlcədən də hansısa anlaşma olub. Sadəcə olaraq bizim cəmiyyət bu barədə məlumatlandırılmayıb. Buna görə də, biz son zamanlar bütün Bakı-Moskva anlaşmaları və yaxud bütün anlaşmalar haqqında məlumatı Moskvadan alırıq.

Əslində Rusiya rəsmiləri bu cür açıqlamalar verməklə Azərbaycan hökümətini Azərbaycan cəmiyyəti qarşısında kifayət qədər çətin duruma salırlar. Məsələn biz son vaxtlar Rusiya xarici işlər nazirinin müavininin sülhməramlı adlandırılan Rusiya qoşunları ilə bağlı açıqlamasını gördük. Bundan sonra oxşar bəyanatı Rusiyanın Azərbaycandakı səfiri müsahibəsində vurğuladı. Ondan bir qədər əvvəl Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Məhəmməd Əmin Rəsulzadə anadan olmasının 140 ilinin qeyd olunmasına münasibət bildirdi və qeyd etdi ki, Rusiya mövqeyini Azərbaycana çatdırıb. Biz də gördük ki, MəhəmmədƏmin Rəsulzadə 140 illiyinin qeyd olunması kifayət qədər solğun xarakter daşıdı. Baxmayaraq ki, bununla bağlı prezident sərəncamı var idi.

Bunların hamısı göstərir ki, Moskvanın təsiri rəsmi Bakıya yetərincə güclüdür. O cümlədən də, göstərilən məsələ ilə bağlı həqiqətən də hansısa məsləhətləşmələr, danışıqlar gedir. Amma dediyim kimi Azərbaycan tərəfi bunu açmır, bu barədə danışmır və Moskva da bilərəkdən bunu zaman-zaman belə açıqlayaraq Bakını çətin duruma salır. Azərbaycan bu günə qədər Rusiyadan gələn açıqlamalar içərisindən yalnız səfirin müsahibəsinə Xarici İşlər Nazirliyinin sözçüsünün dilindən çox ehtiyyatlı açıqlama verdi.

Ərəstun Oruclu: “Biz görürük ki, prinsipcə eyni şeyi həm Moskvadan, həm Brüsseldən faktiki tələb edirlər və yaxud irəli sürürlər. Bakı da Brüsseldən gələn reaksiyaya aqressiv, Moskvadan gələn reaksiya isə susqundur”.

Azərbaycan tərəfindən reaksiya yoxdursa, belə başa düşmək olar ki, Rusiyadan gələn açıqlamalar həqiqəti əks etdirir. Əks halda onlar təkzib olunmalı idi. Ermənilərin Qarabağa qaytarılması ilə bağlı Brüsseldən gələn açıqlamalara və çağırışlara Azərbaycan tərəfi çox aqressiv reaksiya verir. Amma Rusiya tərəfindən gələn açıqlamalara demək olar ki, Azərbaycan heç bir reaksiya vermir. Əlbəttə, belə olan halda düşünmək olar ki, ermənilərin qaytarılması məsələsi gündəmdə var. Ermənilərin Qarabağa qaytarılması məsələsinin nə qədər real, nə qədər mümkün olmasını söyləmək bir qədər çətindir.

Əgər Rusiya öz sülhməramlı adlandırılan qoşunlarını Qarabağda saxlamaq istəyirsə və bunun üçün ermənilərin qaytarılmasını zəruri hesab edirsə, yəqin ki, qaytaracaqdır da. Əks təqdirdə bu cür açıqlamalar verilməzdir. Azərbaycan tərəfinin buna etiraz edəcəyini və yaxud hansısa şəkildə müqavimət göstərəcəyini söyləmək çətindir. Yüksək ehtimalla Azərbaycan müqavimət göstərməyəcək. Çünki Azərbaycan da bəyan edib ki, biz ermənilərin qayıtmasına razıyıq. Azərbaycanın tələbi var ki, onlar vətəndaşlığımızı qəbul edir, Azərbaycan qanunlarına riayət edəcəkləri barədə öhdəliklər götürürlər. Buna görə də, bu şərtlər çərçivəsində Qarabağın Dağlıq hissəsində yaşamış əhalinin müəyyən hissəsinin qaytarılmasını mümkün hesab edirəm.

Üstəlik də, biz görürük ki, prinsipcə eyni şeyi həm Moskvadan, həm Brüsseldən faktiki tələb edirlər və yaxud irəli sürürlər. Bakı da Brüsseldən gələn reaksiyaya aqressiv, Moskvadan gələn reaksiya isə susqundur. Hər bir halda görünən odur ki, BakıMoskva arasında bu danışıqlar gedir. Bu barədə hökumətə yaxın bəzi şəxslər də müəyyən açıqlamalar veriblər, müəyyən eyhamlar vurublar. Amma bunun nə dərəcədə real olduğunu, nə dərəcədə mümkün olacağını zaman göstərəcək. Çünki burada söhbət təkcə BakıMoskvanın istəyindən getmir. Burada söhbət həm də rəsmi İrəvananın, eyni zamanda da Qarabağdan köçmüş ermənilərin özlərinin qayıtmaq istəyindən asılı olacaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar