Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan Ramazan bayramı münasibətilə bir sıra dövlət və hökumət başçılarını təbrik edib

Aprelin 9-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla, Pakistanın Baş naziri Şahbaz Şərif, Omanın Sultanı Heytəm bin Tariq Al Səid, İraqın Prezidenti Əbdüllətif Camal Rəşid və Özbəkistan Prezidenti Şavkat Mirziyoyev telefon danışıqları olub...

"Report" xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan ilə Prezident İlham Əliyev danışıq zamanı Azərbaycan-Türkiyə dostluq, qardaşlıq və müttəfiqlik əlaqələrinin gələcəkdə də bütün sahələrdə inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminliklərini bildiriblər, əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Daha sonra Prezident Ərdoğanın Pakistanın Baş naziri Şahbaz Şəriflə telefon danışığı olub. Söhbət zamanı Türkiyə ilə Pakistan arasında ikitərəfli əlaqələr və qlobal məsələlər müzakirə edilib.

Omanın Sultanı Heytəm bin Tariq Al Səid ilə Türkiyə Prezidenti arasında baş tutan telefon danışığı zamanı ikitərəfli münasibətlərlə yanaşı İsrail-Fələstin qarşıdurması ilə bağlı da fikir mübadiləsi aparılıb. Türkiyə Prezidenti İsrail ilə Fələstin arasında təcili atəşkəsin təmin edilməsi və bölgəyə humanitar yardımların lazımi miqdarda çatdırılması istiqamətində səylərin artaraq davam etdirilməsinin zəruriliyini vurğulayıb.

Sonra Türkiyə dövlətinin başçısı ilə İraqın Prezidenti Əbdüllətif Camal Rəşid arasında telefon danışığı olub. İki lider Türkiyə ilə İraq arasındakı əlaqələr, terrorla mübarizə, İnkişaf Yolu Layihəsi və regional məsələləri müzakirə ediblər.

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev arasında baş tutan telefon danışığı zamanı qlobal və regional məsələlər, həmçinin Türkiyə ilə Özbəkistan arasında ikitərəfli münasibətlər ətrafında fikir mübadiləsi aparılıb. Prezident Ərdoğan iki ölkə arasındakı əlaqələrin nümunəvi xarakter daşıdığını və qarşıdakı dövrdə bu münasibətləri daha da dərinləşdirəcək addımlar atmaqda qərarlı olduğunu bildirib.

Türkiyə Prezidenti həmsöhbətlərini Ramazan bayramı münasibətilə təbrik edib, xalqlara firavanlıq arzularını çatdırıb.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Ən çox oxunanalar