Bazar ertəsi, 02 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan-Netanyahu dueli: BMT-də atılan “güllə”yə “Tvitter”də cavab verildi

“Middle East Eye”, 24.09.2019

Türk liderinin Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasındakı (UNGA) nitqində İsraili ittiham etməsindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və İsrail baş naziri Benyamin Netanyahu üz-göz olublar.

Çərşənbə axşamı Nyu-Yorkda keçirilən Baş Assambleyadakı çıxışında Ərdoğan, Netanyahu kimi, əlində rəsmli plakat tutaraq Fələstinin işğalına görə İsraili tənqid edib.

“Bu gün İsrailin işğalı altındakı Fələstin əraziləri ədalətsizliyin ən çox hökm sürdüyü yerlərdən birinə çevrilib”, – deyən Ərdoğan bərabərhüquqlu, iki dövlətli həll yolu tapmağa çağırıb.

Ərdoğanın çıxışında istifadə etdiyi görüntülərdən biri İsrailin 1948-ci ildə qurulduğu gündən bəri Fələstinin nəzarətində olan torpaqları ilhaqını göstərən məşhur zaman kəsiyi xəritələri idi.

Netanyahu son xoş nəticəsiz seçkidən sonra iqtidar ittifaqı qurmağa çalışaraq ölkəsində qaldığından UNGA-ya qatılmayıb. Amma yenə də səsini eşitdirib.

“Tvitter”də yayımlanan videoda birbaşa kameraya danışan Netanyahu şəxsən Ərdoğana müraciət edib: “İsrail haqqında yalan danışmağı dayandırmayan, öz ölkəsindəki kürdləri öldürən və erməni xalqının dəhşətli qırğınını inkar edən İsrailə öyüd-nəsihət verməməlidir. Ərdoğan, yalan danışmağı dayandır”.

Çox keçmədən, Türkiyənin rabitə üzrə direktoru Fahrettin Altun bu çıxışa təpki verib, Netanyahunun “təpədən-dırnağa korrupsiya ittihamlarına bulaşdığını” deyərək İsrail baş nazirini Ərdoğanın BMT-nin çıxışından “diqqəti daxili problemlərindən yayınmaq üçün bir yol” olaraq istifadə cəhdində ittiham edib.

“İstənilən seçkidə qalib gələ biləcək bir liderə hücum etmək əvəzinə, vaxtınızı məhkəmə iclasına hazırlaşmağa sərf etməlisiniz”, – deyə Altun “Twitter”-də Netanyahunun videosunu yenidən paylaşıb.

Bu arada, İsrail prezidenti Reuven Rivlinin Çərşənbə günü, sentyabrın 25-də kimin koalisiya hökuməti quracağını açıqlaması gözlənilir.

Çox güman ki, o, “Mavi və Ağ”ın namizədi Benni Qantz və “Likud”un lideri Netanyahu arasında seçim edəcək. Hər ikisi 61 yerlik çoxluğu qazana bilməyib.Tərcümə: (Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Vəfa Nağının qardaşına qarşı polis araşdırılması aparılır 

Vaxt yetişdi, üç bürcün xoşbəxt dövrü başlayır

Sosioloji Tədqiqatlar Mərkəzi növbədənkənar parlament seçkilərində “exit-poll”un nəticələrini açıqlayıb

Makedoniyalı İsgəndərin heyran olduğu, Tanrının şəhəri adlanan İsparta - Fotolar

İbrahim Rəisinin helikopterinin qəzaya uğramasının əsas səbəbi açıqlanıb

Eldar Əzizov Bakıda sökülən binalarla bağlı kompensasiya məsələsinə aydınlıq gətirdi

Azərbaycanda ən yüksək və ən aşağı seçici fəallığı olan dairələr açıqlanıb

Azərbaycanlı aparıcı tarixi serialda baş rol aldı - Foto

Hər kəsin evində olan bu tərəvəz ölüm riskini azaldır

"Oracle Advisory Group" şirkəti “exit-poll”un nəticələrini açıqlayıb

Ən çox oxunanalar