Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ərdoğan “cibi dolu” ölkələri Qəzzaya kömək etməyə çağırıb

Ərdoğan varlı dünya ölkələrini Qəzza zolağında humanitar fəlakət yaşayan insanlara kömək etməyə çağırıb...

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “cibi dolu” ölkələri İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Ər-Riyadda keçirilən sonuncu sammiti çərçivəsində yaradılan Qəzzanın yenidən qurulması fonduna kömək etməyə çağırıb.

Poliqon xəbər verir ki, bu barədə “Hürriyyət” qəzetinin məlumatında bildirilir.

Ərdoğan qeyd edib ki, Türkiyə anklavın bərpası üçün hər cür səy göstərəcək. Lakin onun fikrincə, imkanı olan digər ölkələr də “əllərini ciblərinə salmalı” və Qəzzaya kömək etməlidirlər.

“Biz yaradılmış fonda lazımi dəstəyi verdik, bunu Ər-Riyadda keçirilən konfransda birlikdə səsləndirdik, başqa ölkələr də lazımi dəstəyi verməlidir”, deyə Türkiyə prezidenti bildirib.

Bundan əlavə, Ərdoğan qeyd edib ki, Türkiyə hakimiyyəti Qəzzanı boşaldmaq üçün “davamlı işğal və torpaq qəsb etməklə genişlənən” İsrail siyasətinə dözmək niyyətində deyil.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Ən çox oxunanalar