Şənbə, 20 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Enerji sektorunda ard-arda yeni qəzalar, səbəb nədir? – Ekspert

Ekspert sistemin yenidən çökəcəyini deyir

Azərbaycanın enerji sektorunda son iki gündə iki qəza baş verib. Noyabrın 13-də Bakının Xəzər rayonu, Şüvəlan qəsəbəsində yerləşən elektrik stansiyasında yanğın baş verib.

Noyabrın 14-də isə Samux rayonunda elektrik stansiyasında yanğınla nəticələnən partlayış olub.

«Azərenerji» ASC-dən birinci hadisə haqqında mətbuata deyilib ki, yanğın ehtiyat transformatorda olub: «Bu transformator aktiv deyil, elektrik xəttinə qoşulmayıb». İkinci hadisə barəsində isə «sistem əhəmiyyətli» hadisə olmadığı bildirilib.

«Transformator yenə yağ idi…»

Enerji məsələləri üzrə ekspert İlham Şaban “Azadlıq” radiosuna şərhində bildirib ki, son hadisələr enerji sistemini kökündən dəyişmək lazım olduğunu göstərir, bu, artıq modernizasiya məsələsi deyil.

«Nə baş verib? Havalar normaldır, elektrik enerjisinə tələbat hələlik artmayıb. Deməli, səbəb bununla bağlı deyil. Mən Şüvəlandakı yanğına da baxdım. Transformator yenə yağ idi, ətraf yenə yağ nəticəsində baş verən yağından yaranan qara tüstü idi. Yenə də yanğını söndürmək çətin idi. Çünki yağ nəticəsində törənən yanğın yüksək temperaturlu, yüksək mürəkkəblik dərəcəsi olan hadisədir. Mingəçevirdə də eyni səbəbdən qəza baş vermişdi. Orda da transformator sistemində qəza olmuşdu, burda da. Sadəcə, Mingəçevirdəki qəzanın miqyası böyük idi», – ekspert bildirir.

İ.Şaban deyir ki, görünür, texniki avadanlıqların istismar müddəti bitmək üzrə olanda nasazlıqlar ortaya çıxır və bu cür hadisələri qabaqlamaq üçün addımlar atılmalıdır.

Bu il iyulun 3-də Mingəçevirdə Elektrik Stansiyasında qəzadan sonra ölkənin böyük bir hissəsi saatlarla işıqsız qalıb. Elektrik enerjisi verilişi bərpa olunduqdan sonra ikinci dəfə qəza olub. Bundan sonra dövlət komissiyası yaradılıb. Dövlət müşavirəsində baş prokurorun dediyinə görə, Fövqəladə Hallar Nazirliyi son 3 ildə «Azərenerji» rəhbərliyinə 3 dəfə yazılı şəkildə bildirib ki, Mingəçevirdəki İES-də həm yağ sızması mövcuddur, həm də kabellərin odadavamlı izolyasiyası təmin olunmayıb.

Qəzanı «ciddi siqnal» adlandıran dövlət başçısı iki aya hazırlanan dövlət komissiyasının hesabatından sonra «Azərenerji» ASC-nin rəhbərini işdən uzaqlaşdırıb.

Prezident İlham Əliyev müşavirədə tədbirlər planı hazırlanmalı olduğunu bildirib. Prezident deyib ki, Mingəçevirdəki İstilik Elektrik Stansiyası ilə yanaşı, ölkənin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir.

«…sistem yenə çökəcək»

İ.Şaban hesab edir ki, hökumət beynəlxalq şirkətlərlə uzun-uzadı danışıqlar aparmamalıdır, açıq tender keçirməli və elektroenergetika sistemində köklü dəyişiklik aparmalıdır:

«İstehsal, ötürülmə, paylanma sistemində eyni vaxtda dəyişiklik aparılmalıdır. Yox, gedib hansısa İES-in modernizasiyasından yapışsalar, sistem yenə çökəcək. Bu, lokal səviyyədə həll olunacaq məsələ deyil. Energetika Nazirliyi qəzadan sonra hesabat hazırladı, ictimaiyyət üçün onun təfərrüatları açıqlanmadı, aradan 5 ay ötür. Artıq bu müddətdə real, praktik işlərə başlanmalı idi. Hökumətin yetərincə vəsaiti var, nəyi gözləyirlər, niyə yubadırlar, bilmirəm. Bunlar qısa müddətdə həllini tapacaq məsələlərdir».

Adının çəkilməsini istəməyən mütəxəssis “Azadlıq” radiosuna deyir ki, Şüvəlandakı yanğın yeni tikilən blokun güc transformatorunda baş verib.

«O bloku yaponlar tikirdi, dəqiq nə baş verdiyini gizlədirlər. Samuxda baş verən qəza isə təəssüf ki, insan xətası üzündən baş verib. Gəncədə təhlükəsizlik texnikası və operativ əməliyyatda kobud səhvə yol verilib», – mənbə deyib.

(Azadlıq radiosu)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

28 yaşlı kişi üzüyü qaytarmaq istəyən nişanlısını qətlə yetirdi - Məktəbə getməyə qoymurmuş

Kəlbəcərdə mina partlayışlarında üç nəfər yaralanıb - Yenilənib

Elektromobillərimizi günəş enerjisi ilə şarj etmək bizə nə qazandıracaq?

“Microsoft”-la bağlı qlobal texniki nasazlıq Pentaqona təsir etməyib

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Fələstin bütün ölkələri İsraillə münasibətlərə yenidən baxmağa çağırıb

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

Sabirabadda bir yaşlı uşaq pilləkəndən yıxılaraq ölüb

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Ən çox oxunanalar