Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elxan Şahinoğlu: “Türkiyə təcili hərəkətə keçməlidir”

“Fətullah Gülənin Mərkəzi Kəşfiyyat İdarəsinə bağlılığı varsa, Tramp onu asanlıqla verməyə də bilər”

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu ilə müsahibəni təqdim edir:

- ABŞ Prezidenti Donald Trampın türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla bağlı yazdığı müsbət tvitlər fonunda iki ölkə münasibətlərini necə dəyərləndirirsiniz?

- Birləşmiş Ştatlarla Türkiyə arasında münasibətlər çox gərgindir, amma Donald Trampın son açıqlamasından sonra istiləşmə ola bilər. Tramp elan etdi ki, Suriyadan qoşunlarını çıxarır, hətta buna görə bəzi hökumət üzvləri ilə üz-üzə qaldı. Məsələn, Pentaqon rəhbəri müdafiə naziri Ceyms Mettis, ABŞ-ın İŞİD-lə mübarizə üzrə koalisiyadakı müşaviri Brett Makqrek istefa verdi. Onlar deyirdi ki, Suriyada qalmalı, PKK uzantılarına zərbələr endirməliyik. Amma Tramp çıxmaqla bağlı qərarını verdi və bu qərarın icrasına başlanıldı. Bu qərar Türkiyənin xeyrinədir, ABŞ-la münasibətlərinin istiləşməsinə istiqamət verə bilər. Burada başqa problem ortaya çıxır, Amerika Suriyadan çıxacaqsa, orada boşluq yarana bilər. Terrorçular da hiyləgərlik işlədib kimləsə müttəfiqliyə girib özlərini Türkiyə ordusundan qoruya bilərlər.

- Terrorçuların müttəfiqlik üçün real namizədlər hansı ölkələrdir?

- Bu, Rusiya, İran, Əsəd rejiminin özü ola bilər. Əslində ABŞ-ın Suriyada böyük qoşun hissələri yoxdur, iki min hərbçisi var. Çıxan kimi Türkiyə ordusu dərhal fəaliyyətə başlamalıdır ki, o boşluğu başqası doldurmasın. Çünki terrorçular 30 faiz əraziyə nəzarət edir. Ən münbit torpaqlar da o hissədədir, orada neft yataqları da var. Bu baxımdan ABŞ-ın Suriyadan çıxması hələ problemin həlli demək deyil. Buna baxmayaraq Tramp belə bir qərar verərsə, deməli Ərdoğanla dialoqda müəyyən müsbət nəticələr var.

- Belə iddialar səslənir ki, Fransa boşluğu doldurmaq üçün hərəkətə keçib. Fransa hərbi dairələrinin rəhbərləri PKK rəhbərliyi ilə Rakkada görüşüb, özünə müttəfiq axtarışında olan PKK Parisdə də müzakirələrə başlayıb. Fransa o boşluğu doldura bilərmi?

- Fransa boşluğu doldura bilməyəcək. ABŞ super dövlət olmasına rəğmən Suriyada cəmi iki min hərbçisi vardı. ABŞ çıxandan sonra Fransa da orada fəal ola bilməyəcək. Bu baxımdan düşünürəm ki, ABŞ Suriyanı tərk edəndən sonra Fransanın elə bir aktivliyi qalmayacaq. Ola bilsin Fransa uzaq məsafədən PKK uzantılarına dəstək versin. Amma hesab edirəm ki, Türkiyə ordusu bunun da qarşısını alacaq.

- Rusiyanın mövqeyi necə olacaq?

- Rusiyanın Türkiyə ilə çox sıx əlaqələri var. Rusiya yanlış qərar verib ABŞ-ın boşluğundan istifadə edib PKK ilə təmaslara keçsə, YPG və PYD ilə hər hansı işbirliyi qursa, Türkiyə ilə münasibətlərini korlamış olacaq. Ona görə məncə, Rusiya belə addımı atmamalıdır. İstisna etmirəm ki, Rusiyada müəyyən mərkəzlər YPG və PYD ilə təmaslara başlanmasını istəyə bilər. Amma Türkiyənin bundan xəbəri olsa, Türkiyə-Rusiya tərəfdaşlığı böyük çat verəcək.

- İsrail tərəfindən də Suriyada aktivliyinin artacağı anonsları səsləndi...

- İsrail birbaşa Suriya ərazisinə daxil ola bilməz. Amma mövqeləri hər zaman bombalayır. Orada Hizbullah və İran şiə qruplaşmaları ilə mübarizə aparır. İsrail ordusunun quru qoşunları Suriya ərazisinə müdaxilə etməz, amma hava zərbələri endirəcək, amma PKK uzantıları olan hissədə müşahidə olunmayacaq.

- Yeri gəlmişkən, İsrail Baş naziri Benyamin Netanyahu ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında sərt ittihamlar səslənir. Bu gərginlik nə vaxta qədər davam edəcək?

- Netanyahu ilə Ərdoğan arasında gərginlik həmişə olub. Bu gərginliyin nə qədər çəkəcək deyə bilərəm. . Türkiyə-İsrail münasibətlərində istiləşmə qeydə alınmayacaq, amma gərginlik də olmayacaq. Ərdoğan Fələstin məsələsinə görə İsraili çox kəskin tənqid etdi. Nə qədər ki, Ərdoğan hakimiyyətdədir, bu münasibətlərin normallaşması mümkün deyil. Lakin gərginliyə də hər iki tərəf getmir.

- Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğulu Trampın ABŞ -ın Ərdoğana FETÖ lideri Fətullah Güləni təhvil verəcəyini söylədiyini bildirdi. Sizcə, ABŞ Güləni ekstradisiya edəcəkmi?

- Belə söyləntilər var, əslində Tramp istəyərdi ki, Fətullah Güləni təslim etsin. Amma ABŞ-da dərin dövlət də var. Fətullah Gülənin Mərkəzi Kəşfiyyat İdarəsinə bağlılığı varsa, Tramp onu asanlıqla verməyə də bilər. Amma Tramp da Türkiyə ilə münasibətlərin tam normallaşdırmasının tərəfdarıdır. Çox çətin prosesdir. (teleqraf.com)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub - Yenilənib

Ən çox oxunanalar