Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elnarə Xəlilovadan ittiham: "Həkimlər neçə xəstəni baxımsızlıqdan öldürüblər"

Müğənni Elnarə Xəlilova həkimləri tənqid edib, həmçinin koronavirusla mübarizəyə qoşulmuş tibb işçilərinin ünvanına bir sıra ittihamlar səsləndirib.

PİA.az xəbər verir ki, buna səbəb müğənninin Operativ Qərargahın sərt karantin rejimi ilə bağlı son qərarına münasibət bildirməsi olub.

“İndi guya sms icazəni ləğv elədiz ki, evdən rahat çıxa bilək? Hara gedə bilərik ki? Kafe yox. Mağaza yox. Rayona yol yox, şəhəri dolaşmağa çıxaq? Məgər biz heyvanıq, siz də sahibimiz? Pardon, qeydiyyatla və maska ilə soyuq havada dənizə icazə vermisiz, başımıza dəysin! İcazəni də elə vermisiz ki, heç kəs heç nə eləmək istəmir. Ha vurub toplayırıq ki, hara gedək, nə edək, ağlımıza heç nə gəlmir. Bu gedişlə toylara da Məhərrəm ayında icazə verərsiz ki, heç kəs yenə də toy edə bilməsin”, - deyə, E.Xəlilova öz “Instagram” hesabında etiraz edib.

İzləyicilərindən biri (tibb işçisi olduğu ehtimal edilir) isə müğənninin bu paylaşımına iradını bildirib: “Adam bir az düşüncə sahibi olar. 8-9 saat həkimlərin, tibb işçiləri kimi həyatını riskə atıb, ayın 15 gününü ailəni-uşaqlarını qoyub xəstəxanada “yaşa”, onların geyindiyi o “kombenizon-skafandrı” geyin, nəfəs ala bilməyən xəstələrə bax, tərdən eynəyinin şüşəsi də buxar tutsun, görməyə çətinlik çək, sonra belə “ağıllı-ağıllı” danış. Səviyyə yaxşı şeydir”.

İzləyicisinin bu sözləri E.Xəlilovanın bütün həkimləri tənqid və ittiham etməsi ilə nəticələnib: “Səviyyəsiz də varsan! Axmağın biri axmaq. Həkimin canı da çıxmalıdır, baxmalıdır xəstəyə. 3 qat maaş alır. Özü də bizdə - Azərbaycanda həkimin xəstəyə münasibətini, Allaha şükür, hamı bilir. Zəng vurub tapşırmasan, pul verməsən xeyri yoxdur. Ona görə də heç kəs xəstəxanaya getmir ki, həkimlər öldürəcək. Neçəsini öldürüblər baxımsızlıqdan. Eynəyi tərləyirmiş, ... arası da tərləməlidi, canı da çıxmalıdı, baxmalıdı. Sən də bir az olmayan beyninlə düşün, düşünə bilirsənsə. Ac, işsiz insanları düşün. Onlar üçün fərqi yoxdu. Xəstəlikdən ölməsələr də, acından öləcəklər. Mənə ağıl qoyana bax”.(Dominant.az)

pia.az

 

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar