Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Elmar Vəliyevlə bağlı qərar verildi – Məhkəmədə narazılıq

Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevə qarşı sui-qəddə ittiham olunan Yunis Səfərov və daha 11 nəfərin işi üzrə məhkəmə araşdırması davam edir.

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyilə baxılır. Yunis Səfərov və daha 11 nəfərə qarşı qəsdən adam öldürməyə cəhd, terror, qanunsuz silah saxlama da daxil olmaqla, 30-a yaxın maddə ilə ittiham irəli sürülüb.

Təqsirləndirilən 12 nəfərdən ikisi tutularkən polislərə müqavimət göstərdiyi üçün öldürülüb. Onların ailə üzvləri məhkəmədə hüquqi varis qismində iştirak edir.

Sonuncu prosesin nəticəsinə görə, Gəncənin keçmiş icra başçısı Elmar Vəliyevin anlaqlı olub-olmadığını, onun özünü ifadə etmək bacarığını müəyyənləşdirmək üçün o, tibbi ekspertizadan keçiriləcəkdi. Məhkəmənin qəbul etdiyi bu qərar olduqca gözlənilməz qərar olmuşdu və hər kəs işin gedişatının ciddi şəkildə dəyişəcəyini gözləyirdi. Amma dəyişən heç nə olmadı.

Bu gün baş tutan prosesdə ekspertizanın rəyi açıqlanıb. Rəydə yazılıb ki, sabiq icra başçısı hadisələri tam qavraya bilmir, məhkəmədə iştirak etməsi onun vəziyyətinin ağırlaşmasına səbəb ola bilər və s.

Hakim bununla kifayətlənib məhkəmə araşdırmalarını yekunlaşdıranda təqsirləndirilən şəxslər də, vəkillər də etiraz ediblər. Onların sözlərinə görə, məhkəmə istintaqı təzələnəndə ümidləri yaranıb, düşünüblər ki, məhkəmə nəhayət, bu işlə bağlı ətraflı, obyektiv araşdırma aparmaq qərarına gəlib.

“İndi isə başa düşürük ki, hökmdə Elmar Vəliyevin məhkəməyə gəlməməsini əsaslandıra bilmək üçün məhkəmə istintaqını təzələyib, ekspertiza rəyini aldınız, ona görə işi bitirirsiz. Yəni məqsədiniz heç də araşdırma aparmaq deyildi”, – vəkil Vamiq Şükürov belə deyib.

Sabiq icra başçısını öldürmək cəhdində suçlanan Yunis Səfərovun vəkili Bəxtiyar Hacıyev deyir ki, Vəliyevin hadisələri qavraya bilməməsi ortaya başqa suallar çıxarır. Məhkəmənin də borcudur ki, o suallara aydınlıq gətirsin: “Məsələn, məhkəmədə zərərçəkmiş qismində Vəliyevi təmsil edən nümayəndə var. Hərəkətlərini qavraya bilməyən Vəliyev ona iş materiallarında olan etibarnaməni necə, hansı şəraitdə verib?”

“Qardaşımın başına gətirdiklərinizi sizə bağışlamayacağam”

Hakimlər məhkəmə istintaqının yekunlaşmasına qərar verib. Ardınca çıxış edən prokuror öncəki mövqeyində qaldığını açıqlayıb. Bu isə o deməkdir ki, Yunis Səfərovun ömürlük, digər 9 təqsirləndirilən şəxsin isə 18-20 il azadlıqdan məhrum edilməsini istəyir.

Vəkillərin bir qismi çıxış edərək, məhkəmə araşdırmalarından narazılıqlarını dilə gətiriblər, müvəkkillərinin günahsızlığını vurğulayıblar. Bir neçə vəkil çıxışa hazırlaşmaqdan ötrü vaxt istəyib.

Qeyd edək ki, həbs edilənlərdən yalnız Yunis Səfərov özünü qismən təqsirli bilərək deyir ki, Elmar Vəliyevin Gəncə camaatına göstərdiyi pis münasibətə görə onu öldürmək istəyib. Digər şəxslər isə özünü təqsirli bilmir.(Musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar