Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əlimərdan bəy Topçubaşının nəvəsi vəfat etdi: “Dəfn mərasimində iki nəfər iştirak etdi” - Foto 

Azərbaycanın görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurucularından biri, AXC Parlamentinin və Paris Sülh Konfransına göndərilən heyətin sədri, tarixi şəxsiyyət Əlimərdan bəy Topçubaşının Türkiyədə yaşayan yeganə nəvəsi Gülnarə Kürdəmir vəfat edib. Bu barədə HafizTimes.com-a Gülnarə Kürdəmirin qızı Nilufer Sanders məlumat verib. Onun sözlərinə görə, G.Kürdəmirin cənazəsi artıq dəfn edilib:

“Anam 3 gün öncə vəfat etdi. O, uzun müddət idi ki, xəstəxanada müalicə olunurdu. Anamın cənazəsini Zincirliquyu qəbirstanlığında, Kürdəmir ailəsinin üzvləri – babam Əliəşrəf Kürdəmir, nənəm Sara xanım, Zərifə xalam və qardaşım Fikrətin məzarlarının yanında dəfn ediblər.

-Bəs ananız Gülnarə Kürdəmirin dəfn mərasimində kimlər iştirak edib?

-Səhhətimlə əlaqədar olaraq mən də anamın dəfn mərasimində iştirak edə bilmədim. Bodrum şəhərində yaşayıram. Bir neçə gün öncə yıxıldım və çiyin nahiyəmdən ağır xəsarət aldım, əməliyyat olundum. Həkimlər təyyarə ilə getməyimə icazə vermədilər. Sadəcə olaraq iki qohumumuz anamın dəfn mərasimində iştirak edib.

-Azərbaycandan da heç kim dəfn mərasimdə iştirak etməyib?

-Xeyr. Qeyd etdiyim kimi, yalnız iki qohumumuz anamın dəfn mərasimində olub.

Xatırladaq ki, Əlimərdan bəy Topçubaşı mətbuatımızın yaradıcısı Həsən bəy Zərdabinin qızı Pəri xanımla ailə qurub. Gülnarə Kürdəmir isə Əlimərdan bəyin böyük qızı Sara xanımın övladı idi.

pia.az 

Fotolar




Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar