Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əli Əsədov Numan Kurtulmuşla Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib

Baş nazir Əli Əsədov fevralın 23-də ölkəmizdə səfərdə olan Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuşun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşdə Azərbaycan-Türkiyə əlaqələrinin genişləndirilməsini müzakirə edib...

Bu barədə Poliqon-a Nazirlər Kabinetindən məlumat verilib.

Bildirilib ki, görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bir millət, iki dövlət prinsipinə uyğun olaraq bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə olunub. İki ölkə arasında əlaqələrin dövlət başçılarının səyləri nəticəsində strateji tərəfdaşlığın və müttəfiqliyin ən yüksək zirvəsinə çatdığı bildirilib.

Dövlət başçısı İlham Əliyevin yenidən Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra ilk rəsmi səfərini Türkiyə Respublikasına etməsinin önəmi qeyd olunub, bunun iki ölkə rəhbərliyi arasında bir ənənəyə çevrilməsindən məmnunluq ifadə olunub. Eyni zamanda Azərbaycan-Türkiyə əlaqələrinin beynəlxalq təsisatlar çərçivəsində müvəffəqiyyətlə inkişaf etdiyi qeyd olunub, xüsusilə Türk Dövlətləri Təşkilatının regional və beynəlxalq gücə çevrilməsi yolunda atılan birgə addımların əhəmiyyəti vurğulanıb.

"Tərəflər dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin rolunu qeyd ediblər, Milli MəclisTürkiyə Böyük Millət Məclisi arasında qarşılıqlı faydalı əməkdaşlığı yüksək qiymətləndiriblər. Bakıda keçirilən Asiya Parlament Assambleyasının 14-cü plenar sessiyasında quruma sədrliyin Türkiyədən Azərbaycana keçməsinin əhəmiyyətinə toxunan Ə.Əsədov Türkiyənin sədrliyi dövründə Assambleyanın beynəlxalq nüfuzunun daha da artdığını, qlobal sülh və inkişaf naminə parlamentlərarası əməkdaşlığın genişləndiyini bildirib", - məlumatda qeyd edilib.

Poliqon.info

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

Rafael Hüseynov Şorbaçı və Paşalı kəndlərində seçicilərlə görüşüb

Maksim Medvedev: Premyer Liqada baş məşqçi olmaq istəyirəm

Yer kürəsinin sakinləri altı planetdən ibarət paradı izləyəcəklər

Abşeronda qadın sirkə turşusu içib öldü    

Ölkəyə qanunsuz gətirilən külli miqdarda aksiz markasız siqaret aşkarlanıb

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Ən çox oxunanalar