Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Eldar Həsənovun səhhəti ağırlaşdı

İyulun 2-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) hərbi hospitalına köçürülərək, orada əməliyyat olunan keçmiş səfir Eldar Həsənov iyulun 31-də istintaq təcridxanasına qaytarılmışdı. Avqustun 2-də Eldar Həsənovun durumu ağırlaşdığından onu yenidən hərbi hospitala qaytarıblar. Vəkilləri onun durumunun kritik olduğunu deyir. Sabiq səfirin sağlıq durumunun ağırlığı ilə əlaqədar onun barəsində həbs-qətimkan tədbirinin dəyişdirilməsi üçün Prezident İlham Əliyev və vitse-prezident Mehriban Əliyevaya müraciət ediblər.

Müdafiəçilər məktubda sabiq baş prokurorun səhhətindəki problemlərdən bəhs edir, yazdıqları hər cümlənin tibbi sənədlərlə təsdiqləndiyini vurğulayırlar: “Eldar Həsənov keçən ilin oktyabrından başlayaraq, başgicəllənmələrdən, ayaqların tutulmasından və nəticədə yıxılmalardan şikayət edirdi. İndiyə qədər 170 dəfədən artıq belə yıxılmalar baş verib. Həmin vaxtdan çəliklə hərəkət etmək məcburiyyətində qalıb. Baş Prokurorluğa onun öz həkimləri tərəfindən müayinə olunması ilə bağlı dəfələrlə vəkillərinin vəsatətlərinin əsassız olaraq təmin edilməməsi belə ağır fəsadlara gətirib çıxarıb”.

Hospitalda stasionarda müayinə zamanı onda paroksizmal pozision vertiqo, sol tərəfli diskogen boyun radikulopatiyası, diskogen lumbal radikulopatiya aşkar olunub. Müdafiəçilərin sözlərinə görə, başgicəllənmələrin və yıxılmaların səbəbi də bu xəstəlik olub: “Bu xəstəliyin vaxtında aşkara çıxarılmaması və adekvat müalicə aparılmamasına görə indi durumu çox ağırdır. Əslində bu xəstəliyin müalicəsi yoxdur, ağırlaşmanın qarşısını almaq üçün gündəlik profilaktikası var - dərmanlar, məşğələlər, fizioterapiya, müntəzəm açıq havada olma və s. Amma indi onun durumu ağır olduğuna görə müntəzəm başgicəllənmələr yıxılmalarla müşahidə olunur. İstənilən növbəti yıxılmaların birində ağır fəsad baş verə bilər”.

Vəkillər bütün bunların nəzərə alınıb, Eldar Həsənovun ev dustaqlığına buraxılmasını istəyir.

Səfir Eldar Həsənovun həbsi ilə bağlı müxtəlif ilginc iddialar var. Onun həbsinə səbəb kimi mənimsəmə, rüşvət alma ittihamları göstərilsə də, həbsin əsasən siyasi tərəfi müzakirə mövzusudur. Əsas iddia isə onun dövlət çevrilişində, dövlətə xəyanətdə ittiham olunması ilə bağlıdır.

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu “Yeni Musavat”a açıqlamasında Eldar Həsənovun həbsinin səbəbləri haqda maraqlı fikirlər səsləndirmişdi. Demişdi ki, Eldar Həsənovun həbsindən bir müddət əvvəl mətbuatda onun dövlət çevrilişinə hazırlaşdığı, hakimiyyətdəki müəyyən qüvvələrlə hakimiyyətə gəlmək planları qurduğu yazılıb.

Partiya sədri bu məlumatları təsadüfi hesab etmədiyini də açıqlamışdı. Sitat: “Bu məlumatlar təsadüfi deyildi. Bütün bu məlumatları üst-üstə qoyanda mənzərə bundan ibarətdir ki, Eldar Həsənovun həbsi onun siyasi fəallığı ilə bağlıdır. Eldar Həsənov kimi bir fiqurun korrupsiyaya görə həbs olunması ağlabatan deyil. Uzun illər hakimiyyətdə ən önəmli postları tutub. Korrupsiya ittihamına qalsa, Azərbaycanda ondan qat-qat artıq korrupsionerlər hakimiyyətdə təmsil olunurlar və öz işləri ilə sakit-sakit məşğuldurlar”.

Partiya sədri “Eldar Həsənov “müəyyən siyasi proseslərdə fəallıq göstərib və bu da hökumət üçün arzuolunmaz olub” demişdi: “Çünki onun kifayət qədər maliyyə imkanları, nüfuzu və regional elektoratı var. Siyasətə gələcəyi halda hakimiyyətə ciddi problemlər yarada bilərdi. Eldar Həsənovun Azərbaycandakı müxalif partiyalarla əlaqələrinin olması heç kimə sirr olmayıb”.

Eldar Həsənov 1995-2000-ci illərdə Azərbaycanın Baş prokuroru olub. Bu vəzifədən azad ediləndən az sonra Azərbaycanın Rumıniyadakı səfiri təyin edilib. 12 il bu vəzifədə çalışandan sonra 2013-cü ildə Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfir vəzifəsinə təyin olunub. Elə bu vəzifədə işləyərkən - 2020-ci ilin avqustunda Bakıda DTX əməkdaşları tərəfindən saxlanılıb. Onun həbsindən sonra səfir vəzifəsindən azad edilməsi haqda Prezident sərəncam imzalayıb. Eldar Həsənovun ittiham olunduğu Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) maddəsində 3 ildən 7 ilə qədər azadlıqdan məhrum etmə, 308-1.1 (büdcə vəsaitlərindən təyinatı üzrə istifadə etməmə) maddəsində isə 9000 manatdan 13000 manata qədər cərimə və ya 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Rusiya ordusu ABŞ-ın Nigerdəki bazasına daxil olub...

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Elmar Məmmədyarov: “Yazıq gəlinimi erməni etmişdilər” 

Ən çox oxunanalar