Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Əhalinin narazılığı haqlıdır” – MTRŞ sədri

“Televiziya və ya radio yayımı sahəsində hər hansı bir qanun pozuntusu qeydə alınanda Milli Tеlеviziya və Radiо Şurası (MTRŞ) tərəfindən bunun qarşısı qətiyyətlə alınır”

“Report”a açıqlamasında şuranın sədri Nuşirəvan Məhərrəmli deyib.

Onun sözlərinə görə, keyfiyyəti müəyyən qədər aşağı olan verilişlərdə bir çox hallarda qanunvericiliyin tələbləri pozulmur, sadəcə həmin verilişlər çox aşağı səviyyəlidir: “Bu da başqa məsələdir. Yəni, bayağı, şit verilişlər qanun pozuntusu deyil. Bu kimi verilişlər bir çox özəl kanallarda mövcuddur. Təəssüf ki, bəzi özəl kanallarda bu məsələlər qalır və əhalinin haqlı narazılıqlarına səbəb olur”.

N.Məhərrəmli qeyd edib ki, özəl televiziya kanallarının əsas məqsədi kommersiya marağıdır: “Azərbaycanda kifayət qədər digər televiziyalar var ki, onlarda şou xarakterli verilişlər yoxdur. Bura AzTV, Mədəniyyət kanalı, İTV, ARB 24, CBC peyk kanalı aiddir. Təəssüf ki, insanlarımız şou xarakterli verilişlərə daha çox önəm verdiklərindən xoşagəlməyən hal olanda da dərhal reaksiya verirlər. Əgər bu tip verilişlər əhalinin xoşuna gəlmirsə, təbii ki, onlar həmin tip verilişlərdən uzaq olmalıdırlar”.

MTRŞ rəhbəri vurğulayıb ki, ictimaiyyətin gözündə özəl televiziya kanalları aşağı səviyyəli kanallar kimi görünür: “Halbuki özəl telekanallarda 24 saat efirin çox cüzi hissəsi şouya ayrılır. Digər 18 saat başqa verilişlərə ayrılır. İstəyimiz odur ki, televiziya və radiolar tələb olunan qaydalara əməl etsinlər, milli-mənəvi dəyərlərə hörmətlə yanaşsınlar”.

“Mütəmadi olaraq televiziya kanallarının rəhbərləri ilə görüşdə seriallarla bağlı narazılıqlarımızı onlara bildiririk. Qeyd edirik ki, teleseriallar Azərbaycan həqiqətlərini özündə əks etdirməlidir. Lakin təəssüf ki, teleseriallarda göstərilən ailələr ölkəyə xas deyil. Onlar ssenari müəlliflərinin xəyalında olan ailələrdir. Bu cür məsələlərdən uzaq durmaq və real həyata istinad etmək məsləhətdir. Bu bizim üçün əsas məsələlərdən biridir. Azərbaycan ailəsi bu gün üçün özəl kanallarda nümayiş olunan teleseriallardakı ailələrdən deyil. “Bacanaqlar”, “Qız atası”, “Ay-ay-ay”, “Xalxın evi” və s. Bu kimi teleseriallar çox olsa da, təəssüf ki, Azərbaycan efiri üçün uyğun deyil və onların yaradıcılıq dəyəri olmur. Bu səbəbdən sonralar seyflərin küncündə qalacaq bir şeyə çevrilirlər”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Ən çox oxunanalar