Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanla bağlı dördtərəfli platforma yaradılır

Özbəkistan, ABŞ, Əfqanıstan və Pakistan Əfqanıstandakı sülh prosesini dəstəkləmək üçün yeni dördtərəfli məsləhətləşmə platforması yaratmağı qəbul ediblər.

TASS xəbər verir ki, Özbəkistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Yusup Kabuljanov bu barədə “Mərkəzi və Cənubi Asiya: Regional Qarşılıqlı Əlaqə. Çağırışlar və Fürsətlər” beynəlxalq konfransı çərçivəsində jurnalistlərə açıqlama verib.

Kabuljanovun sözlərinə görə, tərəflərin bir gün əvvəl, 15 iyul 2021-ci ildə Daşkənddə qəbul etdikləri dördtərəfli diplomatik platforma həm də regional əlaqələrin genişləndirilməsinə yönəlib.

“Tərəflər Əfqanıstandakı uzunmüddətli sülhün və sabitliyin regional əlaqə üçün həlledici olduğuna inanır və sülhün və regional əlaqələrin bir-birini gücləndirməsi barədə həmfikirdirlər”, -  deyə Kabuljanov vurğulayıb.  

O qeyd edib ki, tərəflər beynəlxalq ticarət marşrutun effektivliyinin sonrakı inkişafı üçün tarixi imkanları qəbul edərək, ticarəti genişləndirmək, tranzit yollar yaratmaq və işgüzar əlaqələri gücləndirmək üçün birgə əməkdaşlığa ümid edirlər.

Onlar bu əməkdaşlığın şərtlərini qarşılıqlı konsensusla müəyyənləşdirmək üçün yaxın aylarda görüşmək barədə razılığa gəliblər.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar