Çərşənbə, 17 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əfqanıstanda təyyarə qəzasında ölən biznesmen Rusiyada “bazar kralı” kimi tanınırmış

Rusiyanın Volqodonsk şəhərində tanınmış iş adamı Anatoli Yevsyukov həyat yoldaşı ilə birlikdə Əfqanıstanda təyyarə qəzasında həlak olub...

“Report” Rusiya mətbuatına istinadən xəbər verir ki, yanvarın 20-də axşam saatlarında Rusiya Federasiyasının mülki təyyarələrinin dövlət reyestrində qeydiyyatdan keçmiş “Falcon 10” biznes-jeti ilə Əfqanıstanın şimal-şərqindəki Bədəxşan əyaləti üzərində rabitə əlaqəsi kəsilib.


Tezliklə təyyarənin qalıqları yüksək dağlarda tapılıb. Təyyarənin qəzaya uğramasına səbəb mühərrikin nasazlığı olub.


Təyyarənin sərnişinlərinin Volqodonskda tanınmış şəxslər, iş adamları Anna və Anatoli Yevsyukov olduğu məlum olub. Anatoli Yevsyukov Volqodonskda “Maşenka”, “Atlant”, “Avanqard” və bir sıra bazar və ticarət mərkəzinin, həmçinin müxtəlif daşınmaz əmlaklarının sahib olub və onları idarə edib.


“Baza” nəşrinin məlumatına görə, Yevsyukovlar ailəsi dekabrın 15-də tətil üçün Taylanda uçub. Bir neçə gündən sonra Anna Yevsyukova özünü pis hiss etməyə başlayıb və dekabrın 17-də o, Pattaya Xəstəxanasına yerləşdirilib. Yerli həkimlər onun infeksiyaya yoluxduğunu bildiriblər.


Qadın süni nəfəs aparatına qoşulub. Xəstənin Rusiyaya təxliyəsi üçün şəxsi təyyarə sifarişi verilib.Hava gəmisində yalnız ər və arvad üçün yer olub. Onların oğlu Vitali isə Pattayadan Rusiyaya müntəzəm reyslə uçub.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda tanınmış idmançı 27 yaşında vəfat etdi -Fotolar

Bu ölkədə istilərə görə gündüz işləmək qadağan edildi

Ruslar Rusiyadan qaçır: Hansı ölkələrə üz tuturlar?

YAP İdarə Heyətinin iclası bitib, bütün seçki dairələrindən namizədlər irəli sürülüb - Yenilənib

Xankəndidə İqtisadi məsələlər üzrə İşçi Qrupunun növbəti iclası keçirilib

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi dəqiqləşib

Bu deputatların da adı YAP-ın siyahısında yoxdur 

YAP-ın deputatlığa namizədləri açıqlanıb – Siyahı

Azərbaycanda dəhşət: Bir il əvvəl itkin düşən şəxs sevgilisi ilə birlikdə intihar edibmiş

Sabah Astara və Lənkəranın bəzi ərazilərində qazın verilişi dayandırılacaq

Ən çox oxunanalar