Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Duqin: "Moskva Qarabağ məsələsində Ermənistana güzəşt etməyəcək"

"Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, Moskva Dağlıq Qarabağ ətrafında işğal olunmuş 5 rayonu Azərbaycana verməkdə qəti qərarlıdır"

“Beynəlxalq Avrasiya Hərəkatının lideri, Rusiyanın tanınmış geosiyasi analitiki Aleksandr Duqin Ermənistanda baş verənlər, həmçinin Azərbaycan-Rusiya münasibətləri barədə Moskva-Bakı” portalına müsahibəsi verərkən belə deyib.

Bildirib ki, Dağlıq Qarabağ amilindən Ermənistanda hakimiyyətə gəlmək, yaxud mövcud hakimiyyətini qorumaq istəyən hər bir kəs istifadə etməyə çalışır. Onillərdir Ermənistandakı sosial-iqtisadi uğursuzluqlar məhz Qarabağ münaqişəsinin ayağına yazılır, bəhanə kimi İrəvan həmişə Qarabağ amilini göstərir.

Lakin Duqinə görə, Qarabağ klanın üzvü olan Robert Koçaryanın siyasətə qayıtdığını bəyan etməsinə baxmayaraq, Moskva hazırda Ermənistanın daxili vəziyyətinə çox da qarışmır və hesab etmək olmaz ki, Ermənistan siyasi səhnəsində Rusiyanın hansısa sevimli namizədi var. Moskva üçün hər şeydən əvvəl elə bir syiasətçi maraqlı olacaq ki, o, Ermənistanın əvvəlki geosiyasi kursunun varisi kimi çıxış etsin.

Bu zaman həmin siyasətçinin demokrat, yaxud millətçi olmasının Rusiya üçün heç bir önəmi yoxdur. Və hazırda nə qədər ki, vəziyyət kritik səviyyəyə çatmayıb Rusiya sadəcə prosesləri izləyir. Lakin bu mənada Duqin bir məsələni xüsusi vurğulayıb ki, vəziyyət nə olursa-olsun Moskva Qarabağ məsələsində İrəvana güzəşt etməyəcək.

Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Ermənistanla Moskvanın münasibətlərində olduqca prinsipial məsələ var. Rusiya Ermənistan Silahlı Qüvvələrinin Dağlıq Qarabağ ətrafında işğal etdiyi rayonlardan 5-ni Azərbaycana qaytarmaqla münaqişənin nizamlanmasının birinci mərhələsini reallaşdırmaqda qəti qərarlıdır. Bu istiqamətdə Serj Sarkisyanla ciddi irəliləyişlərə nail olunmuşdu. Bu gün regiondakı növbəti çətinliklərin bloklanması üçün bu, vacib şərtdir.

Ermənistanda hansı qüvvənin hakimiyyətdə olmasından asılı olmayaraq, bu məsələdə Moskva güzəştsiz davranacaq. Ermənistan rəhbərliyinə kim gəlirsə-gəlsin, Dağlıq Qarabağ məsələsində o, əvvəlki rəhbərliklə və regionunun əsas güc mərkəzlərilə əldə olunmuş razılaşmalara əməl etməlidir. 5 rayonun Azərbaycana geri qaytarılmasına Qərb də qarşı çıxmır, yəni bu, hər kəsi qane edərdi. ” – deyə, Duqin vurğulayıb. (azvision.az)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Ən çox oxunanalar