Şənbə, 04 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyanın ən çox satılmış 10 telefonu açıqlandı


"Smartphone"ların istifadəyə verilməsindən sonra mobil telefonlardan istifadə kütləviləşsə də, dünyada ən çox satılmış telefonlar siyahısında daha qədim mobil cihazlar da yer ala bilib


Qaynarinfo bu günə qədər ən çox satılmış 10 telefonu təqdim edir.

1. Nokia 1100

Bütün dövrlərin ən çox satılan telefonu statusuna sahib model Nokia 1100-dür. 2003-cü ildə satışa çıxarılan telefon 250 milyondan çox satılıb.

2. Nokia 1110

250 milyondan çox satılan bu model kameraya, rəngli ekrana və gözəl görünüşə, sahib deyildi. 2005-ci ildə satışa çıxarılan Nokia 1110 ucuz qiymətə sahib idi.

3. iPhone 6 və iPhone 6+

Hazırda ən çox istifadə edilən modellərdən olan "Apple" şirkətinin telefonları 220 milyondan çox satılıb.

4. Nokia 3210

1999-cu ilə aid bu model sadəcə zəng və mesajlaşma funksiyasına sahib idi. Nokia 3210 150 milyondan çox alıcı qazana bilib. 

5. Nokia 1200 

Bu modelin əsas xüsusiyyəti onun güclü batareyası idi. Dünyada 150 milyondan çox satılan Nokia 1200 modeli ilə 7 saat telefonla danışmaq mümkün idi. Telefon batareyanı 390 saata qədər saxlaya bilirdi. 

6. Nokia 6600

2003-cü ildə istifadəyə verilmiş bu model ilk qeyri-adi görünüşə sahib telefonlardandır və özünə 150 milyondan çox alıcı qazana bilib. Nokia 6600-ın qiyməti 695 dollar idi və o dövr üçün kifayət qədər baha hesab edildi.

7. Nokia 5230

İlk "smartphone"lardan olan model 2009-cu ildə satışa çıxarılmışdı. Cihaz GPS-ə, 2 MP kamera, 128 MB RAM-a sahib idi, lakin "Wi-Fi"a qoşulmaq qeyri mümkün idi. Model dünyada 150 milyondan çox satılıb. 

8. Samsung E1100

Ucuz qiyməti, 13 gün batareya saxlama funskiyasına sahib model 2009-cu ildə satışa çıxarılıb və 150 milyondan çox satılıb.

9. Nokia 2600

Ucuz qiyməti, uzunömürlü batareya xüsusiyyəti ilə seçilən telefonun istehsal tarixi 2004-cü ilə təsadüf edir, satış sayı isə 135 milyondan çoxdur.

10. Motorola Razr V3

Özünə dünyada 130 milyondan çox alıcı tapmış bu model gözəl görünüşü ilə 2005-ci ilin ən məşhur telefonlarından biri hesab edilirdi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda kişi sevdiyi qıza görə küçədə özünü yandırdı - Video , Təfərrüat, Yenilənib

Turan İsmayılov Nyu Yorkda mənzil aldı - 735.000 dollar dəyərində... - Fotolar

Gömrük idarəsində əməliyyat: Rəis ifadə üçün Bakıya gətirildi

Azərbaycanda işçilərin maaşlarını mənimsəyən vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb olundular

Kəlbəcərdə yol qəzasında bir hərbçi həlak olub, bir neçəsi xəsarət alıb - Yenilənib

Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

Erməni baş prokurordan Kamil Zeynallı açıqlaması

Zaxarova Ermənistanın KTMT-dən mümkün çıxışını şərh etdi

Ağdamda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində xüsusi sessiya keçirilib - Yenilənib

Sərhəd qonşumuza gözlənilmədən qış qayıtdı: İstilik verilişi bərpa edildi - Foto, Video

Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

"Ruhumuzun səsi" adlı konsert proqramı təqdim olundu - Foto

Ən çox oxunanalar