Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünyada hər 11 saniyədə bir hamilə qadın və ya yeni doğulan körpə ölür

“Qadınlar və yeni doğulan körpələr doğuş zamanı və ondan dərhal sonra ən həssas subyektlərdir. Hesablamalara görə, dünyada hər il 2,8 milyon, hər 11 saniyədə isə bir hamilə qadın və yeni doğulmuş körpə ölür”...

“Report” RİA “Novosti”yə istinadən xəbər verir ki, bu fikirlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) uşaq ölümü ilə bağlı hesabatında əksini tapıb.

Daha yaşlı uşaqlar da risk qrupuna daxildir. 2018-ci ildə dünyada yaşı 15-ə qədər olan 6,2 milyon uşaq ölüb, onlardan da, təxminən, 5,3 milyonu uşaqların həyatının ilk 5 ilində olub. 2017-ci ildə isə 290 mindən çox qadın hamiləlik və doğuş zamanı yaranmış ağırlaşmadan ölüb.

Qeyd olunur ki, dünyada əldə olunan irəliləyişlərə və uşaq ölümünün azalmasına baxmayaraq, doğuşdan dərhal sonra və ya həyatın ilk illərində uşağın ölüm təhlükəsi yüksək olaraq qalır.

Eyni zamanda ÜST qeyd edir ki, 2000-ci ildən bu yana uşaq ölümü yarıbayarı, ana ölümü isə üçdə bir nisbətdə azalıb.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar