Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya kuboku yarışlarının birinci günündə gimnastlarımızın nəticələri - Foto

Azərbaycanlı gimnastlar Zöhrə Ağamirova və Alina Gözəlova Bakıda keçirilən bədii gimnastika üzrə FIG Dünya kuboku yarışlarının birinci günü kvalifikasiyada çıxış ediblər.

Poliqon.info Trend-ə istinadən xəbər verir ki, Zöhrə Ağamirova halqa ilə hərəkətlər proqramında hakimlərdən 29.750 bal alıb, Alina Gözəlovanın çıxışı isə 27.300 balla qiymətləndirilib. Hazırki nəticələrə görə halqa ilə hərəkətlər proqramında Zöhrə Ağamirova müvəqqəti olaraq ikinci yer, Alina Gözəlova isə müvəqqəti olaraq beşinci yer tutur.

Z. Ağamirovanın topla hərəkətinə görə nəticəsi 32.000 bal olub, hazırki nəticələrə görə, o müvəqqəti olaraq birinci yer tutub, A, Gözəlova isə 30.950 balla müvəqqəti olaraq üçüncü yer tutur.

Qeyd edək ki, bədii gimnastika üzrə FIG Dünya kuboku yarışları 21-23 aprel tarixləri arasında keçirilir. Yarışlarda dünyanın 40 ölkəsindən 135 gimnast fərdi və qrup hərəkətləri proqramında çıxış edirlər.

Azərbaycanı fərdi proqramda Zöhrə Ağamirova və Alina Gözəlova, qrup hərəkətləri proqramında isə Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilla Əliyeva, Zeynəb Hümmətova, Yelizaveta Luzan və Darya Sorokinadan ibarət komanda təmsil edirlər.

Poliqon.info 

Fotolar




Etiket: Yarış


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Haqq yolçusu Rüstəmxanlıların haqqı olan məqam

Badamdarda villa tikənlər sakinlərin narazılığına səbəb oldular - Rəsmi açıqlama 

Ən çox oxunanalar