Bazar, 25 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dünya çempionu olan cüdoçu: “Əsas hədəfim olimpiadada qızıl medal əldə etməkdir”

Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov qalibiyyət sevincini bölüşüb...

“Qarşıdakı əsas hədəfim 2028-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarına vəsiqə qazanmaq, orada isə çempion olmaqdır”.

Bunu “Report”un Zaqrebə ezam olunmuş əməkdaşına açıqlamasında Xorvatiyada təşkil olunan dünya çempionatında qızıl medal qazanan Azərbaycanın yeniyetmə cüdoçusu Nihad Məmişov deyib.

50 kq çəki dərəcəsində çıxış edən idmançı mundialdan əvvəl özünə inandığını bildirib: “Medal qazanacağımı gözləyirdim. Şükürlər olsun ki, qızıl medal nəsib oldu və əziyyətimiz yerdə qalmadı”.
O, ən çətin görüşünün finalda komanda yoldaşı Məhəmməd Məmişova qarşı olduğunu vurğulayıb: “Biz zalda da güləşmişik və həmişə çətinlik çəkmişik”.

Məmişov 10 ildən sonra Azərbaycanın yeniyetmə cüdoçusunun mundialda qızıl medal əldə etməsinə də toxunub: “Bu məlumatdan xəbərdar idim. Qızıl medalı alanda da ağlıma ilk bu gəldi”.

Poliqon.info


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakı və Salyanda polis əməliyyatları - Saxlanılanlar var

Putin Kurskda əməliyyatın nəticələri haqqında məruzələri dinləyib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Tənzilə Rüstəmxanlının seçicilərlə görüşü: Neftçala üçün birlikdə... – Foto

Azərbaycanlı aparıcının bağ evini soydular - Video

Siyəzəndə 28 yaşlı qadının qətli ilə bağlı cinayət işi başlanıb - Yenilənib

Ən çox oxunanalar