Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət qəzetlərində başsağlığı qadağan olunsunmu? - Ekspert rəyi

Başsağlığı yazılarına görə sırf “Azərbaycan” qəzetinin tənqid olunması ədalətli yanaşma deyil

PİA.az xəbər verir ki, bu sözləri Axar.az-a açıqlamasında media eksperti, professor Qulu Məhərrəmli millət vəkili Siyavuş Novruzovla “Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqovun rəsmi qəzetlərdə başsağlığı yazısının verilməsi ilə bağlı mübahisəsinə münasibət bildirərkən deyib.

O, qəzetdə başsağlığı yazılarının verilməsini normal hal kimi qiymətləndirib:

Azərbaycan” rəsmi qəzetdir və onun öz auditoriyası var. Buna görə də həmin qəzetdə başsağlığının verilməsi heç də təəccüblü deyil. Buna görə baş redaktoru hədəf almaq, məncə, yanlışdır. Çünki “Azərbaycan” qəzeti ölkədə 2-3 rəsmi qəzetdən biridir və öz missiyasını çox normal şəkildə yerinə yetirir. Bu qəzet qanunvericilik aktları, onların şərtlərinə və s. əməl edir. Ona görə də belə rəsmi qəzetlərdə başsağlığı yazısının yayımlanması, fikrimcə, ölkəmizdəki media siyasətinə tam uyğundur. Başsağlığının qəzetdə getməsi çox normal haldır və bunun üçün qəzetlərə irad tutmaq doğru deyil. Reklam, elan, başsağlıqları bu gün qəzetlərin gəlir mənbələridir. Bu da hazırkı qanunla qadağan olunmur”.

Media eksperti ümumilikə qəzetlərdə başsağlığının verilməsinin qadağan edilməsinə qarşı çıxıb:

“Qəzetlərdə başsağlığı yazılarının qadağan olunması doğru addım ola bilməz. Çünki başsağlığı özü bir informasiyadır. Həmin yazı vasitəsilə oxucular hansısa bir ölüm hadisəsindən xəbər tuta bilirlər. Düşünürəm ki, bununla bağlı yalnız müəyyən məhdudiyyət qoymaq olar. Məsələn, bəzən görürsən ki, imkanlı adamlara yüzlərlə başsağlığı verilir. Bu başsağlıqlarının arxasında cəmiyyətin dayanmadığı məlumdur. Sırf bu baxımdan etik ölçü mənasında müəyyən məhdudlaşdırıcı qadağa tətbiq etmək olar”.

Qeyd edək ki, YAP icra katibinin müavini Siyavuş Novruzov “Dini etiqad azadlığı və dini qurumlar haqqında” qanun layihəsinə dəyişikliklərlə bağlı açıqlamasında rəsmi şəxslərdən və Prezidentin verdiyi başsağlığından başqa, digər şəxslərin rəsmi dövlət qəzetlərində başsağlığı verməsinin qadağan olunacağını deyib:

"Qəzetlərin son səhifəsi artıq başsağlığı mərasiminə dönüb. Xüsusilə də hökumət qəzetlərinin. Başsağlığı verilən yerə xəbər, yaxud da hansısa digər yazılar verə bilərlər. Bizim digər qəzetlərlə işimiz yoxdur. Söhbət dövlətin vəsaiti ilə çap olunan rəsmi qəzetlərdən gedir. Mən hesab edirəm ki, nəhayət, buna son qoymaq lazımdır”.

Azərbaycan” qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov S.Novruzovun iradlarını qəbul etməyib. O bildirib ki, başsağlığı qəzetin gəlir mənbələrindən biridir və bunun qadağan olunması işçilərin maaşına təsir edə bilər.

S.Novruzov isə bu açıqlamaya dərhal reaksiya verib. "Yeni Müsavat" qəzetinə açıqlamasında S.Novruzov "Azərbaycan" qəzetinin nəşrini dövlətin həyata keçirdiyini, redaksiyanın nəşrə pul xərcləmədiyini, həmçinin qəzetin dövlət qurumlarında abunə etdirildiyini, "əməkdaşların əlavə qazanc imkanlarının olduğunu", bu səbəbdən də B.Sadıqovun arqumentlərini qəbul etmədiyini deyib.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

İlin sonundın 25 mindən çox əhali ata ocağına qayıdacaq

Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

Beynəlxalq axtarışda olan 5 nəfər Rusiyadan Azərbaycana ekstradisiya edilib

Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb

Ən çox oxunanalar