Bazar, 12 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dövlət Himni ilə bağlı qayda təsdiqləndi

Dövlət Miqrasiya Xidmətinin Kollegiyası “Miqrasiya orqanları işçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması Qaydaları”nı təsdiq edib...

Bu Qaydalar miqrasiya orqanları işçiləri tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin ifa edilməsi, ifa edilən zaman əsgəri salam verilməsi, dinlənilməsi və oxunması qaydalarını tənzimləyir.

Miqrasiya orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

- Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların, iclasların açılışı və bağlanışı zamanı;

- Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;

- miqrasiya orqanları işçilərinin peşə bayramı ilə bağlı keçirilən tədbirlərdə;

- miqrasiya orqanlarında qulluğa qəbul olunmuş şəxslərin andiçmə mərasimi zamanı;

- digər tədbirlərdə.

Miqrasiya orqanlarında Azərbaycan Respublikasının Dövlət Himni səsyazma vasitəsindən istifadə etməklə tam səsləndirilir. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə işçilər onu ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun oxumalıdırlar. Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə sıradakı işçilər komanda verilməmiş farağat vəziyyətini alır, Dövlət Miqrasiya Xidmətinin aparatının struktur bölmələrinin və sisteminə daxil olan qurumlarının rəisləri əsgəri salam verir. Sırada olmayan işçilər Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə farağat vəziyyətini alır və əsgəri salam verir. İşçilər tərəfindən Azərbaycan Respublikasının Dövlət Himninin təhrifinə və başqa dildə oxunmasına yol verilmir. Azərbaycan Respublikasının Dövlət Himni qapalı və ya açıq məkanda səsləndirilərkən səsin təzyiqi (səviyyəsi) Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 8 iyul tarixli 796 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri Normaları”na uyğun tənzimlənir.

Bu Qaydaların tələblərinə riayət olunmasına nəzarət Dövlət Miqrasiya Xidmətinin rəisinin daxili nizam-intizam üzrə kurator müavini tərəfindən müvafiq qaydada həyata keçirilir. İşçilər bu Qaydaların tələblərini pozmasına görə qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Güllələnən icra başçısının qızına da Şuşada ev verildi - Foto

Müdafiə naziri toplantı keçirdi: General-leytenant ehtiyata buraxıldı - Foto

Naxçıvanda faciəli şəkildə ölən tələbələr dəfn olundular - Foto

Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

Azərbaycanda köhnə nəqliyyat vasitələrinin dövriyyəsi məhdudlaşdırıla bilər

Şuşada “Xarıbülbül” festivalı başlayıb, Prezident və birinci xanım açılışda iştirak ediblər - Yenilənib

"Bunlar bronxitə səbəb оla bilər” – Həkim rəyi

Şuşa şəhərinə və Sus kəndinə ilk köç karvanı yola salınıb - Foto

Ən çox oxunanalar