Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dollar güclənməkdə davam edəcək...

Analitiklərin fikrincə, ABŞ iqtisadiyyatının nisbi dinamikası ilə əlaqədar olaraq dollar qarşıdakı həftələrdə də bahalaşmağa davam edə bilər...

Poliqon xəbər verir ki. bu barədə The Wall Street Journal qəzetinin analitik məlumatında bildirilir.
Qəzet yazır ki, investorları ABŞ-ın faiz dərəcələrinin pik həddə və ya ona yaxın ola biləcəyi perspektivi daha az narahat edir, çünki avrozonada və digər əsas inkişaf etmiş ölkələrdə də faiz dərəcələrinin daha da yüksəlməsi ehtimalı yoxdur, Əgər ABŞ iqtisadiyyatı dayanıqlı qalsa, o zaman faiz dərəcələri daha uzun müddət yüksək qala bilər.

Tickmill Group-un bazar üzrə analitiki Ceyms Hart WSJ-ə açıqlamasında qeyd edib ki, ABŞ iqtisadiyyatı Avrozona iqtisadiyyatından daha yaxşı vəziyyətdədir, dollar FED-in gözləntilərindəki dəyişikliklərə baxmayaraq kapital cəlb etməkdə davam edir.

“Son məlumatlar göstərir ki, avrozona və Böyük Britaniya iqtisadiyyatları ABŞ iqtisadiyyatından daha kövrək görünür, Yaponiyanın pul siyasəti isə yüksək dərəcədə mülayimdir”, deyə WSJ yazır.

Bazar bunun ehtimalını çox aşağı qiymətləndirsə də, analitiklər ABŞ iqtisadiyyatında yumşaq eniş əlamətlərinə, eləcə də FED-in daha da artırma ehtimalına işarə edirlər.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar