Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Doktorantura və dissertanturaya xarici dil üzrə imtahandan 2 nəfər xaric edilib - Yenilənib

İmtahan Bakı şəhərində dörd, Naxçıvan şəhərində bir binada keçiriləcək və saat 11:00-da başlanacaq...

Bu gün doktorantura və dissertanturaya qəbul olmaq istəyən şəxslər üçün xarici dil fənləri üzrə imtahan keçirilib.

Dövlət İmtahan Mərkəzindən APA-ya verilən məlumata görə, imtahan Bakı və Naxçıvan şəhərlərdə keçirilib və saat 11:00-da başlayıb.

İmtahan prosesinin idarə olunması üçün DİM-də operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub. Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçıların öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. İlkin məlumatlara əsasən 1 nəfərdə mobil telefon, 1 nəfərdə isə çoxfunksiyalı “ağıllı” saat aşkarlandığı üçün imtahandan xaric ediliblər. İmtahanda baş vermiş hallar barədə bütün protokollar oxunduqdan sonra yekun məlumat veriləcək.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılıb.

İmtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün oxuyub-anlama, dinləyib-anlama, dildən istifadə (leksik-qrammatik tapşırıqlar) və yazı bloku (esse yazısı) üzrə tapşırıqlar təqdim olunub.

Yanvarın 27-dən etibarən imtahan materiallarının emalı aparılacaq. İmtahan nəticələri yazı bloku üzrə esselərin yoxlanılması prosesi də başa çatdıqdan sonra, 1 həftə ərzində elan olunacaq.

Qeyd edək ki, namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunan 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

İmtahan iştirakçılarının müraciətlərinə baxılması üçün 27-29 yanvar tarixlərində saat 10.00-dan 17.00-dək Dövlət İmtahan Mərkəzində Apelyasiya Komissiyası fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

***

İmtahanın başlanmasına 15 dəqiqə qalmış imtahana buraxılış rejimi başa çatacaq və bundan sonra gələn namizədlər imtahana buraxılmayacaq.

İmtahanda iştirak etmək üçün namizədlər şəxsiyyəti təsdiq edən sənədin əslini, “Namizədin imtahana buraxılış vərəqəsi”ni təqdim etməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

Xatırladırıq ki, imtahanda namizədlərin xarici dilə yiyələnmə səviyyəsini yoxlayıb-qiymətləndirmək üçün aşağıdakı bloklar təqdim ediləcək:

1. Oxuyub-anlama bloku;

2. Dinləyib-anlama bloku;

3. Dildən istifadə bloku (leksik-qrammatik tapşırıqlar);

4. Yazı bloku (esse yazısı).

Namizədlərin yuxarıdakı ilk üç blok üzrə onlara təqdim olunacaq 40 ədəd test tapşırığının hər birinə düzgün cavabı bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Esse yazısı isə maksimum 10 balla qiymətləndirilir. Beləliklə, imtahanda toplanıla biləcək maksimal bal 50-yə bərabərdir. Yuxarıda qeyd olunan hər bir blok üzrə balların minimum 20 faizini, ümumilikdə imtahandan isə azı 25 bal toplamış namizədlər keçid balını toplamış hesab edilir və fəlsəfə imtahanına buraxılırlar.

İmtahan suallarının cavablandırılmasına və essenin yazılmasına ümumilikdə 2 saat 30 dəqiqə (o cümlədən test tapşırıqlarının cavablandırılmasına 1 saat 30 dəqiqə, esse yazılmasına 1 saat) vaxt ayrılır.

Məlumat üçün bildirək ki 1382 namizəd ingilis dili üzrə, 61 namizəd fransız dili üzrə, 61 namizəd isə alman dili üzrə imtahan vermək üçün qeydiyyatdan keçib. Dövlət İmtahan Mərkəzinə müvafiq sertifikatını təqdim etmiş 35 namizəd isə xarici dil imtahanından azad olunub.

İmtahanların idarə olunması üçün 14 imtahan rəhbəri, 143 zal nəzarətçisi ayrılıb. (Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar