Çərşənbə, 18 Sentyabr 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dini xurafata qarşı hamı mübarizə aparmalıdır” - Səyavuş Heydərov

"Dini radikalizmdən istifadə etmək istəyən qüvvələr çalışırlar ki, müxtəlif dövlət qurumlarına nüfuz etsinlər. Lakin bu məsələdə hər kəs diqqətli olmalı və bu cür hallara imkan verməməlidir"

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov komitə ilə "Azərbaycan Dəmir Yolları" QSC-nin birgə keçirdiyi "Dini ekstremizm - ictimai təhlükəsizliyə və mənəvi dəyərlərə təhdid kimi" adlı tədbirdə deyib.

S.Heydərov qeyd edib ki, İslam dinindən kimsə hansısa məqsədlər üçün istifadə edə bilməz: "Beynəlxalq təşkilatlar belə, Azərbaycandakı kimi etnik və dini tolerantlığın Avropada bərqərar olmasını istəyir. Çünki bilirlər ki, orada radikal proseslər başlayır. Ona görə də Azərbaycan modelinə böyük dəyər verilir. Bəllidir ki, müsəlman ölkələri arasında birlik demək olar ki, çox pis səviyyədədir. Artıq dinlərarası, mədəniyyətlərarası münasibətlərə ciddi xələl gəlir".

Komitə rəsmisi qeyd edib ki, Azərbaycanda birliyə, həmrəyliyə ciddi önəm vermək lazımdır: "Son illərdə Məhərrəm ayında baş yarmaq, zəncir vurmaq və bu kimi halların qarşısı alınıb. Düzdür, bəzən müəyyən şəxslər gizli formada 3-5 nəfəri kiminsə evinə yığmaqla fanatizm və xurafat formasında bunu qeyd etməyə çalışırlar. Bu gün cəmiyyətin bir problemi də xurafatdır. Buna qarşı hamı mübarizə aparmalıdır. Bu gün ölkədə kifayət qədər falçı, cadugər var. Bu da daha çox qadınlara sirayət edir. Xürafatın da arxasında radikalizm, ekstremizm dayanır. Bu da siyasiləşdirilmiş dindir. Məhərrəm ayında bu hal xüsusilə artır. Odur ki, diqqətli olmaq lazımdır. Xüsusilə də xaricdən gələnlər orada gördüklərini yaymağa çalışırlar. Sosial şəbəkələr vasitəsilə dini məlumatlar almaq məqsədəuyğun sayılmır. Kimsə mənbəyi olmayan ədəbiyyatlardan istifadə edir, sorağı sonradan Suriyadan gəlir".(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda məşhur avtosalonlarının sahibi həbs edildi

Rusiya Ermənistana öldürücü “Smerç” raketlərini verir... - Moskvanın bu U dönüşü nədən xəbər verir?

Bakıda yeni ekspres marşrut fəaliyyətə başlayır

İlqar Mustafayev bu qədər pulu mənimsəməkdə ittiham olunur

Bakıda peşə liseyinin tələbələri arasında dava düşüb, bıçaqlanan var

Sosial müdafiə və sosial təminat üzrə xərclər 600 milyon manatdan çox artırılır

Lukaşenko: Belarusa hücum üçüncü dünya müharibəsinin başlanması demək olacaq    

Bakı metrosunda toplanan yeraltı sular şəhərin təmizlənməsində istifadə ediləcək

Rusiya, SEPAH və Qərb arasında qalan Pezeşkian...

İş və istirahət günlərinin yerləri dəyişdirilib

Ən çox oxunanalar