Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DİM sədri: Qəbul imtahanlarında keçənilkinə uyğun nəticə görsək, qənaətbəxş olar

“Dünyada müxtəlif beynəlxalq qiymətləndirmələr aparılır: TIMSS, PIRLS, PISA və s. Həmin qiymətləndirmələrin nəticələrindən də görünür ki, pandemiya bütün dünya üzrə imtahan nəticələrinə ciddi təsir göstərib”.

Bunu APA-ya müsahibəsində Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bildirib. Onun sözlərinə görə, bütün ölkələrdə pandemiyadan əvvəlkindən aşağı nəticələr göstərilib:

“Nəticələrlə bağlı ilkin araşdırmalar bəllidir və adətən ən yüksək nəticə göstərən Sinqapurda da şagirdlərin göstəriciləri aşağı düşüb. Ona görə də gözləmirəm ki, ölkəmizdə də hansısa sıçrayış olsun və daha yaxşı nəticələr müşahidə edək. Keçənilkinə uyğun nəticə görsək, hesab edirəm ki, bizim üçün çox qənaətbəxş nəticə olar və deməli, pandemiya vəziyyətə çox da təsir etməyib. Builki gözləntilərimiz barədə yalnız elmi proqnozlara əsasən məlumat verə bilərəm.

2020-ci ildə pandemiyanın ilk ilində imtahan keçirildi, amma həmin ilin abituriyentləri pandemiyadan əvvəl hazırlaşmağa başlamışdılar. İmtahana cəmi bir neçə ay qalmış pandemiya başladı. Həmin ilin məzunları 5-6 ay pandemiya şəraitində oxumuşdular. 2021-2022-ci tədris ilinin qəbul və buraxılış imtahanlarında iştirak edən şagirdlər isə bir il yarım həmin şəraitdə məşğul olmuşdular. Növbəti 2022-2023-cü tədris ilinin məzunları IX sinfin buraxılış imtahanlarını pandemiya şəraitində sadələşmiş formatda vermişdilər. XI sinfin buraxılış və qəbul imtahanlarını verənlər axırıncı il normal şəraitdə dərslərdə olmuşdular. Cari ilin məzunları VIII‑IX siniflərdə olanda pandemiya şəraitində oxuyublar. IX sinfin buraxılış imtahanları 2021-ci ildə normal şəraitdə keçirilib. Həmin nəticələr, demək olar ki, pandemiyadan əvvəlki nəticələrə yaxın olub. Builki sınaq imtahanlarının nəticələri artıq elan olunub. Həmin nəticələrə əsaslanaraq, bu il XI sinif məzunlarının buraxılış imtahanlarında nəticələrinin IX sinifdəki nəticələrlə müqayisədə orta hesabla 20 faiz yüksəlməsini gözləyirik”

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar