Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri güney azərbaycanlı fəallarla görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycana səfərləri çərçivəsində İsveç və Fransada yaşayan diaspor fəalları ilə görüşüb

Bu barədə Dövlət Komitəsindən məlumat verilib.

F.Muradov İsveçdə yaşayan güney azərbaycanlı fəal, Malmö Kültür Ocağının sədri Əjdər Tağızadə, hazırda Fransada yaşayan “Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, "Ərk" insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəzmi və azərbaycanlı tədqiqatçı, İran azərbaycanlılarının insan hüquqları müdafiəçisi, "Ərk" İnsan Haqları Komitəsinin sədri Jalə Təbrizlini salamlayaraq, onları dünya azərbaycanlılarının vahid mərkəzinə çevrilən paytaxt Bakıda görməkdən məmnun olduğunu söyləyib.

Prezident İlham Əliyevin tövsiyə və tapşırıqları əsasında aparılan ardıcıl və sistemli fəaliyyət nəticəsində bu gün dünya azərbaycanlılarının möhkəm birliyinə nail olunmasından söz açılıb, bu sahədə həyata keçirilən layihələrlə bağlı ətraflı məlumat verilib.

Qonaqlar bildiriblər ki, Azərbaycanın sərhədlərindən kənarda yaşayan milyonlarla soydaşımızın ürəyi bu gün doğma vətəni ilə döyünür, Vətən müharibəsindəki tarixi Zəfərdən sonra isə onlar azərbaycanlı olmaqla qürur duyurlar. Diasporumuzun son illər müxtəlif sahələrdə nailiyyətlər əldə etməsindən, xüsusilə dünya ictimaiyyətinin məlumatlandırılmasında əvəzsiz rol oynamasından məmnunluqla bəhs olunub.

Görüşlərdə xaricdəki yeni nəsil azərbaycanlıların tariximizi, ana dilimizi mükəmməl bilməsi üçün atılan addımlar, sayı günü-gündən artan həftəsonu məktəbləri barədə fikir mübadiləsi aparılıb, Prezident İlham Əliyevin Zəfər Qurultayındakı nitqində soydaşlarımıza bu istiqamətdə verdiyi tövsiyələrinin xüsusi əhəmiyyəti barədə danışılıb, diaspor təşkilatlarının fəaliyyətinə və gələcək əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılıb.

pia.az 


Etiket: Fəallar


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəza olan ərazidə naməlum şəxs göründü - Video

Helikopter qəzasında həlak olan İbrahim Rəisi və digərlərinin meyitləri Təbrizə çatdırılıb - Yenilənib

İran cəmiyyəti prezidentin ölümünə necə reaksiya verir?..

İran mətbuatı: Prezident Rəisi helikopter qəzasında həlak olub...

Ərəstun Oruclu: İranın daxilində müəyyən siyasi narahatlıqlar olacaq...

Rəisinin həlak olduğu helikopter qəzası necə baş verib? - Mühəndis Pilot Əhməd İzgi danışdı

Cavanşir körpüsünün söküntü işlərinin bitəcəyi tarix açıqlanıb

Müştərilərin ən çox şikayət etdiyi bankların adları açıqlanıb - Siyahı

Reuters: Rəisinin helikopteri qəza nəticəsində tamamilə yanıb

Faciəvi şəkildə həlak olan İran rəsmilərinin dosyesi

Qızıl Aypara: Rəisinin helikopterinin qəzaya uğradığı yerdə sağ qalan tapılmayıb

Ən çox oxunanalar