Bazar ertəsi, 26 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

DGK: Bəzi gömrük məmurları korrupsiya hallarında iştirak edir

“Kiçik kiçik ticarətlə məşğul olan Azərbaycan vətəndaşları var ki, onlar icazə verilən həcmdən artıq və yaxud qanunla keçirilməsi icazə verilməyən malların sərhəddən keçirilməsinə cəhd edirlər”

Bunu Dövlət Gömrük Komitəsinin (DGK) Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi rəisinin birinci müavini Anar Süleymanov Qusarda Komitəin jurnalistlər üçün təşkil etdiyi “Gömrük islahatları və Modernləşdirmə” mövzusunda keçirilən seminarda bildirib.

“Sərhədyanı zonalarda yaşayan bəzi insanlar gəlir əldə etmək məqsədi ilə tez-tez qonşu ölkələrə keçib qayıdırlar. Maraqlı isə budur ki, onlar Gürcüstan və Rusiya sərhədinə keçən kimi növbəyə dayanır və öz sırasını gözləyir, lakin Azərbaycan tərəfə keçən kimi hay-küy salmağa başlayır, gömrük işçilərini təhqir edir, növbədən kənar keçmək istəyirlər", - deyə o, qeyd edib.

A.Süleymanovun sözlərinə görə, bunun bir çox səbəbləri var: “Səbəblərdən biri bəzi gömrük məmurlarının korrupsiya hallarında iştirakıdır. Elə bu yaxınlarda bildiyiniz kimi korrupsiyaya yol verən gömrük məmuru barəsində cənab sədrin göstərişi ilə müvafiq tədbirlər görüldü. Gömrük əməkdaşları bəzən həmin vətəndaşlarla sövdələşməyə gedir. Rüşvət alan gömrük məmurunun davranışı gələcəkdə həmin vətəndaşa əsas verir ki, qanunu pozsun. Belə olan halda cəzasızlıq mühiti yaranır. Mətbuatdan da, cəmiyyətdən də istəyimiz odur ki, hadisələri obyektiv işıqlandırın və bizə dəstək verin”.

A. Suleymanov onu da bildirib ki, bəzi sərhəd rayonlarında kiçik ticarətlə məşğul olan insanlar sərhəddən siqaret və spirtli içkilər keçirilər: “Onlar insanların ağır yükünü alaraq özləri aparır. Əvəzində sərhəddi keçən insanlara bir blok siqaret və yaxud bir butulka spirtli içki verirlər. Onlara deyirlər ki, gömrüyün o başında sənden bu siqareti alacaqlar. Təbii ki, biz bu cür halları bilirik. Bütün bunlar bizə məlumdur. Ancaq hazırda bunun qarşısını qanunla almaq mümkün deyil. Bununla bağlı hər hansı cəza tədbirləri yoxdur. Bu cür insanlara qarşı hər hansı cəza tədbiri həyata keirmək mümkün deyil. Biz mətbuatı belə halları aşkar etdikdə bunu qabartmağı və bizə ictimai nəzarətdə kömək etmələrini istərdik”.(report)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Qəzaya düşən Nəsiman Yaqublu vəfat edib - Yenilənib

İsrailə 320-dən çox raket atılıb, ölkədəki 11 hərbi baza atəşə tutulub

Nazir: Bakıda ilk velosiped kirayəsi xidməti işə başlayıb - Foto

Qərb "Telegram"la bağlı Moskvadan nə istəyib? - Zaxarova faktları açıqladı

Göygöldə yol qəzasında ölənlərin kimliyi məlum olub - Yenilənib

Paşinyanın Zəngəzur dəhlizinə qarşı “layihəsi” - Areşev

Rafael Hüseynov Hacıqabul və Kürdəmir rayonunlarında şəhid ailələrinə ziyarətlərini davam etdirir - Fotolar 

Olimpiadada cinsiyyət müzakirələrə çevrilən boksçunun makiyajlı videosu

Almaniya Bundesliqası: "Bavariya" "Volfsburq"a qalib gəldi

Avqustun sonunda 4 bürcü inanılmaz sürpriz gözləyir

Toyuna hazırlaşırdı, faciəli şəkildə öldü: 29 yaşlı oğlanın meyiti tapıldı

Rusiya Pavel Durovla əlaqədar Fransaya nota göndərib

Ən çox oxunanalar