Bazar ertəsi, 22 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Deyirlər bütün suverenliyimizi Moskvaya təhvil verək və Rusiya hərbi bazasını Azərbaycanda yerləşdirək?” - Natiq Miri

MDB məkanında Ermənistanla paritet əldə etmək üçün Azərbaycan hansı siyasi, iqtisadi və hərbi addımlar atmalıdır?..

Politoloq: “İndi Azərbaycan üçün bu təklifi verənin özü də Ermənistanı hər zaman Rusiyanın bir əyaləti kimi görüb. Bu gün bunu deyənlər Azərbaycan xalqına nə nə təklif edirlər? Rusiyanın əyaləti olmağı?..”

Rusiya sülhməramlıları bu gün Azərbaycanda konkret adlar altında idarəetmə sistemləri yaradırlar”.

Bu sözləri politoloq Natiq Miri deputat Qüdrət Həsənquliyevin Azərbaycanda Rusiyanın hərbi bazasının yaradılması ilə bağlı söylədiklərini PİA.az-a şərh edərkən qeyd edib.

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev yerli mətbuata verdiyi müsahibədə bildirib ki, Qarabağ problemini tam həll etmək naminə lazım gələrsə Azərbaycanda Rusiyanın hərbi bazasının yaradılmasına icazə vermək olar:

“Mən illər əvvəl belə təkliflə çıxış etmişdim. Hətta qeyd etmişdim ki, Qarabağda tam suverenliyimizi bərpa edək və lazım gəlsə, Azərbaycanda, Qəbələdə bir zamanlar olduğu Rusiya hərbi bazasını yaradaq. Niyə? Çünki hərbi bazanın statusu dəqiq məlum olur və onun ölkənin daxili siyasətinə müdaxilə etmək, münaqişəni qızışdırmaq imkanı çox məhdud olur, nəinki münaqişə bölgəsində yerləşən sülhməramlıların... Bu mənada dediyim təklif sərfəli variant idi. Biz Qarabağda mütləq suverenliyimizi təmin edirik, əvəzində Rusiyanın hərbi bazası olur və ya Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına üzv oluruq. Amma indi biz Qarabağ üzərində tam suverenliyimizi bərpa etməmişik, həm də təhlükəli variantda sülhməramlılar ölkəyə gəlib. Fikrimcə, mənim təklifim də maraqlarımıza tam cavab verirdi”, deyə partiya sədri bildirib.

Hazırda Qarabağla yaranmış vəziyyətdən çıxış edərsək, bu bəyanatı necə dəyərləndirmək olar? Ümumuyyətlə MDB məkanında Ermənistanla paritet əldə etmək üçün Azərbaycan hansı siyasi, iqtisadi və hərbi addımlar atmalıdır?

Mövzu ilə bağlı PİA.az-ın əməkdaşı Milli Strateji Təhqiqatlar Mərkəzinin sədri, politoloq Natiq Miriyə müraciət edib.

Natiq Miri: “Rusiyanın Azərbaycanda hərbi bazasını yaratmaq Azərbaycanın suverenliyinin itirilməsi anlamına gələcək”.

Rusiya hərbi bazasının Azərbaycanda yaradılnası təklifinin Rusiya tərəfindən həmin şəxslərə ötürülmüş bir “pas” olduğunu vurğulayan politoloq PİA.az-a açıqlamasında qeyd edib ki, bunu ictimai rəydə legitimləşdirmək və yaxud ictimai rəyi yoxlamaq üçün ortaya atıblar:

“Cəmiyyətdə yeni ideya, yeni fikir olsun, deyə bəzən bu cür absurd fikirlər, təkliflər səsləndirilir. Düşünürəm ki, bu fikirlərin heç bir məntiqi əsası yoxdur. Çünki beynəlxalq hüquqa görə Qarabağ Azərbaycanın tərkib hissəsidir. Bunu Rusiya prezidenti Vladimir Putin də dəfələrlə bəyan edib. Ayrıca sülhməramlılar adı altında Rusiya qoşunları Qarabağa daxil olub və hədlərini aşan bəzi fəaliyyətlərlə məşğul olurlar. Bu da Azərbaycan ictimaiyyətinin qəzəbinə səbəb olur. Məhz bunun nəticəsidir ki, Azərbaycan cəmiyyəti, ölkənin ictimai rəyi artıq rus qoşunlarının Azərbaycandan çıxarılmasını istəyir.

Bütün bunların fonunda Azərbaycanda Rusiya hərbi bazasının yaradılması təklif olunur. Bu təklifi irəli sürənlərə xatırladım ki, konkret bəyanat və bəyanatın müddəaları bəlli olduğu halda Rusiya üzərinə götürdüyü öhdəliyi yerinə yetirmir. Həmçinin Rusiya bir növ bitərəfliyini itirərək, Ermənistandan yana davranışlar ortaya qoymaqla əslində neytrallığı və balansı tamamilə pozmuş olur. Hətta Rusiya işğalçı ordu kimi davranır. Hansı ki, sülhməramlıların konkret statusu var və BMT nəzdində bu status birmənalı olaraq müəyyən olunub. Rusiyanın sülhməramlıları da hansısa tərəfə hücum etmək üçün Qarabağda mövcud deyil. Sülhməramlıları bilavasitə atəşkəsin təyin olunması prosesi ilə məşğul olmalıdır.

Rusiya sülhməramlıları isə bu gün Azərbaycanda konkret adlar altında idarəetmə sistemləri yaradırlar. Humanitar yardım adı altında sülhməramlı statusuna aid olmayan məsələlərlə məşğul olurlar. Bildiyimiz kimi 40 min erməniyə mənzillərin tikilməsi ilə bağlı Rusiya artıq qolunu çirməyib. Rusiyaya sual verən yoxdur ki, axı bu məsələlər sənin missiyana aid deyil. Rusiya niyə Qarabağda səlahiyyətlərini aşmalıdır? Bu da onu göstərir ki, Rusiya işğalçı ordudur və Rusiya ordusu heç bir sülhməramlı çərçivəsinə sığmır.

Natiq Miri: “Belə fikirlərlə ortaya çıxmaq Azərbaycanın milli və dövlət maraqlarına nəinki xidmət etmir, əksinə bu Azərbaycan dövlətinə xəyanət deməkdir”.

Belə bir ölkənin bir də rəsmi olaraq Azərbaycanda hərbi bazasını yaratmaq Azərbaycanın suverenliyinin itirilməsi anlamına gələcək. Çünki Rusiya qoşunları harada varsa, həmin ölkə Rusiyanın vassalı olaraq çıxış edir. Konkret olaraq Ermənistanın təcrübəsi ortadadır. Məgər Ermənistanı müstəqil dövlət saymaq olar? Əlbəttə ki, saymaq olmaz. Çünki Ermənistan bütün siyasi məsələrini Kremllə razılaşdırır. Buna görə də Gümrüdə Rusiyanın hərbi bazası var. Ermənistanın İran və Türkiyə sərhədlərini Rusiya sərhədçiləri qoruyur. Bir dövlətin sərhədlərini öz əsgəri qorumursa, o dövlət müstəqil ola bilməz.

İndi Azərbaycan üçün bu təklifi verənin özü də daxil Ermənistanı hər zaman Rusiyanın bir əyaləti kimi görüb. Bu gün bu təklifi verənlər Azərbaycana nəyi təklif edirlər? Deyirlər bütün müstəqilliyimizi və suverenliyimizi Rusiyaya təhvil verək və Rusiya hərbi bazasını Azərbaycanda yerləşdirək? Guya bununla da Dağlıq Qarabağ problemi həll olunacaq?

Artıq Dağlıq Qarabağ problemi həll olunub. Yəni bütün dünya Qarabağın Azərbaycan torpağı olduğunu təsdiq edib. Azərbaycan əksəriyyət ərazilərini işğaldan azad etdi. Bundan sonrası sadəcə siyasi masada bəzi məqamları yerinə yetirməyə ehtiyac var. Ən azından ermənilərin yaşadıqları ərazilərdə tədricən Azərbaycan idarəetmə formasını formalaşdırmaq lazımdır. Buradan irəli gələn bir çox məqamlar var ki, onları həyata keçirmək lazımdır. Yəni hər bir erməni vətəndaşı filtrdən keçirilərək onların azərbaycanlılara qarşı cinayət törədib törətmədikləri araşdırılmalıdır. Yalnız bundan sonra Azərbaycan ərazisində hansı ermənilərin yaşayacağını qərar verilməlidir.

Bütün bu məsələlər həll olunmadan belə fikirlərlə ortaya çıxmaq Azərbaycanın milli və dövlət maraqlarına nəinki xidmət etmir, əksinə düşünürəm ki, bu Azərbaycan dövlətinə xəyanət deməkdir. Bəli bu birmənalı xəyanətdir. Rusiya hərbi bazaları Azərbaycanda yaradılsın, deyənlər neçə əsrlər boyu Azərbaycanın bütün problemlərinin məhz Rusiyadan gəldiyini nə tez unutdular? Bildiyimiz kimi Azərbaycanı iki yerə bölməyə səbəb olan əsas ölkə də Rusiyadır. Dəfələrlə Qarabağı öz əyalətinə çevirib orada rus qubernatorluğu yaradan ölkə də Rusiya olub. Söhbət İbrahim Xəlil xandan gedir. Qarabağ tarixini az-çox bilənlər bunların hamısı bilirlər.

Natiq Miri: “Çox maraqlıdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı hər tərəfdən dəstəkləyən qardaş Türkiyə varkən, nədənsə Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşməsinə iddia etmirlər”.

Belə olan halda Rusiya hərbi bazasının Azərbaycanda yaradılması Azərbaycan ictimaiyyəti tərəfindən nə qədər qəbul oluna bilər? Ayrıca əgər həqiqətən də Dağlıq Qarabağ problemini Rusiya həll etmək istəyirdisə, Rusiyanın hərbi bazaları Azərbaycanda mövcud ikən niyə həll etmədi? Həmçinin də Dağlıq Qarabağ problemini suni olaraq yaradan və 27 ildir idarə edən tərəf məgər Rusiya deyil? Belə bir təklif həqiqətən də Azərbaycan dövlətinə ən böyük xəyanətdir. Bu təklif bir də Azərbaycan cəmiyyətindən soruşulmalıdır.

Çox maraqlıdır ki, 44 günlük Vətən müharibəsində Azərbaycanı hər tərəfdən dəstəkləyən qardaş Türkiyə varkən nədənsə Türkiyənin Azərbaycanda hərbi bazasının yerləşməsinə iddia etmirlər. Ancaq Rusiya hərbi bazasının Azərbaycanda yerləşdirilməsinə razıdırlar. Buna da guya Dağlıq Qarabağ məsələsinin həlli müqabilində razıdırlar. Dağlıq Qarabağ məsələsinin həlli isə iki dövlətdən - Azərbaycan və Türkiyədən asılıdır. Türkiyə Azərbaycanda mövcud olduğu zamanda Rusiya artıq hərəkət edə bilməyəcək. Çünki bu gün siyasi masada da Türkiyə tərəf olaraq mövcuddur.

Natiq Miri: “Azərbaycanda Rusiya hərbi bazasının yaradılması təklifi yalnız Rusiyanın maraqlarına xidmət edir”.

Bu gün Türkiyə Azərbaycanın təhlükəsizliyinin yeganə qarantı olaraq çıxış edir. Bunu unutmayaq. Bunu Rusiya bilir. Elə buna görə də bütün məsələr əvvəlcədən Türkiyə ilə razılaşdırılır. Belə olan halda da Azərbaycanda Rusiya hərbi bazasının yaradılması təklifi yalnız Rusiyanın maraqlarına xidmət edir. Əmin olun ki, bu Rusiya tərəfindən həmin şəxslərə ötürülmüş bir pasdır. Hansı ki, bunu ictimai rəydə legitimləşdirmək və yaxud ictimai rəyi yoxlamaq üçün ortaya atıblar.

Bunun da cavabı bəllidir. Onlar sosial mediyaya girsinlər və insanlar onminlərlə, yüzminlərlə rus ordusunun Azərbaycandan çıxarılmasını tələb edən statusları oxusunlar. Düşünürəm ki, bu məsələ çox həssas məsələdir və bu məsələnin üzərində gedilməlidir. Belə bir təklifin haradan çıxdığı aydınlaşmalıdır. Bu məsələni ictimai rəydə legitimləşdirməklə nəyə nail olmaq istəyirlər? Bu məsələnin Rusiya tərəfindən ötürülüb-ötürülməni də ciddi araşdırılmalıdır. Həmin təklifi edənlər ictimai qınaq obyektinə çevrilməlidirlər.

Düşünürəm ki, Azərbaycan dövləti heç bir vəclə bu təklifi qəbul edə bilməz”.

Nərminə UMUDLU
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Minimum əmək haqqı bu tarixdən artacaq - Açıqlama

Əməkdar artistin toy paltarı gündəm oldu - Foto

Fransalı ekstremalın sehrli xalça kostyumunda uçuşu gündəm oldu - Video

Bakıda güclü yağışdan sonra gölməçə yarandı

“Bakıda hər kəs hər şeyi bilir” - Prezident

Hakimliyə namizədlərə yazılı imtahan keçirilib - Yenilənib

"Xatırlayarsan məni" - Mərhum Xalq artisti Məmmədbağır Bağırzadənin doğum günüdür

ABŞ öz nüvə başlıqlarının sayını açıqlayıb

Tramp sui-qəsd cəhdindən sonra ilk mitinqini keçirdi

Ən çox oxunanalar