Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat Vurğun Əyyub haqqında danışdı: "Təmiz adamı itirdik"

Vurğun Əyyub uzun müddət ağır xəstəlikdən əziyyət çəkib

1992-ci ildə yaradılmış Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) ilk sədri olmuş Vurğun Əyyub çərşənbə axşamı vəfat edib.

Ailəsi BBC News Azərbaycancaya bildirib ki, Vurğun Əyyub uzun müddət ağır xəstəlikdən əziyyət çəkib.

Vurğun Əyyubun vəfatını BBC News Azərbaycancadan öyrənən Milli Məclisin deputatı Aydın Mirzəzadə içini çəkir, bir anlıq susub sonra: "Nə danışırsınız?! Biz siyasi opponent olsaq da, fərqli cəbhələrdə olsaq da çox heyf, çox heyf, pis oldum, bir qədər sonra zəng edin" deyir.

Aydın Mirzəzadə ilə təkrar telefon əlaqəsi yaratdıqda o, BBC News Azərbaycancaya Vurğun Əyyub adının onun yaddaşında "ideyasına bağlı, təmiz, adı heç bir çirkli işlərdə hallanmayan şəxs" kimi qaldığını bildirib.

"Mən onunla siyasi proseslərdən şəxsən tanış idim. Onu Müsavat partiyasının baş katibi vəzifəsində olandan tanıyıram. Sonradan partiyadakı vəzifəsindən uzaqlaşdı. Ancaq ara-sıra rastlaşırdıq. Biz ayrı-ayrı siyasi cəbhələrdə olsaq da, polemikalarımız, siyasi mübahisələrimiz olurdu. Bir-birimizlə qəti razılaşmadığımız məqamlar daha çox olurdu.

Ancaq o yaddaşlarda Azərbaycana test üsulunu gətirməklə, doğru saydığı ideologiyaya bağlı insan kimi qaldı. Son dövrlərdə siyasətçi kimi heç bir prosesdə iştirak etməsə də əvvəlki nəsil Vurğun Əyyubu tanıyır. Mən təəssüf edirəm onun dünyasını dəyişməsinə", - millət vəkili deyib.

Ayna-Zerkalo qəzetinin təsisçisi və redaktoru olmuş Elçin Şıxlı deyir ki, Vurğun Əyyuba göstərilən münasibət həm də test sisteminin tətbiqi ilə bağlıdır.

"Rüşvət bizim millətin ən böyük problemlərindən biridir. Xüsusən də ali məktəblərə qəbul olmaq istəyən şəxslərin böyük əksəriyyəti rüşvətsiz keçinmirdi. Test sistemi tətbiq olunduqdan sonra hər şey ideal olmasa da, əgər əvvəllər 5 nəfər qəbul olunurdusa, test üsulu tətbiq olunduqdan sonra 55 adam rüşvətsiz, öz biliyi ilə ali məktəblərə qəbul oldu. Test sisteminin öz əyri-əskiklikləri də var o bir başqa mövzunun söhbətidir".

Lakin cənab Şıxlı vurğulayır ki, çoxluğun Vurğun Əyyuba olan hörməti onun "əqidə adamı olması" ilə əlaqəlidir.

"Vurğun Əyyub əqidə adamı idi. Vurğun Əyyub ... bir çoxlarından fərqli olaraq ... onun bir mövqeyi, bir üzü var idi, o üzlə də yaşadı. Ona görə də insanların ona hörməti, o isti münasibəti həddindən artıq çoxdur. Çox heyf bəlkə hələ xeyli yaşayıb bu ölkə üçün belə işlər gördüyü halda ölüm bizim sıralarımızdan onu apardı. Ailəsi, övladları təpərli olsunlar".

Araşdırmaçı-jurnalist Xədicə İsmayıl Vurğun Əyyubun ölümünə reaksiyasını "ölkədə işıq azaldı" şəklində ifadə edib.

"92-də sənəd verən kasıb uşaqların içində mən də vardım" deyən Şərif Ağayar isə Vurğun Əyyuba ithafla "yandırdığınız elə bir işıqdır ki, sizin öz ölümünüz belə onu söndürə bilməz" deyir...

Vurğun Əyyub kimdir?

Vurğun Əyyub 1957-ci ildə Tovuz rayonunun Aşağı Quşçu kəndində doğulub. O, Azərbaycan Pedaqoji İnstitutunun Filologiya fakültəsini bitirib.

O, 1988-ci ildən filologiya elmləri namizədidir.

Vurğun Əyyub 1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin (AXC) yaradılması prosesi zamanı təşkilatın idarə heyətinin üzvlərindən biri seçilib.

O, 1992-ci ildə Azərbaycanda ali məktəblərə tələbə qəbulunun test üsulu ilə keçirilməsini təmin edib.

Vurğun Əyyub uzun illər Müsavat başqanının sabiq I müavini olub. Sonradan siyasi fəaliyyətini Azərbaycan Demokratik Rifah Hərəkatında davam etdirib. (BBC)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Avropada mühacirətdə olmuş Mehdi Xəlilbəyli Bakıda həbs edilib

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatına Milli Məclisin plenar iclasında baxılacaq - Yenilənib

Ən çox oxunanalar