Çərşənbə axşamı, 21 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: "Prezident bu məsələni diqqətdə saxlayır"

"Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş gənclər siyasətini bu gün Prezident İlham Əliyev uğurla davam etdirir"

Bu sözləri Axar.az-a açıqlamasında Milli Məclisin Gənclər və İdman komitəsinin üzvü, millət vəkili Naqif Həmzəyev deyib. Deputat bildirib ki, son dövrlərdə gənclər siyasətinə çox böyük önəm verilir:

“Gənclərə yatırım dövlətimizin, millətimizin, xalqımızın gələcəyi üçün edilmiş yatırımdır. Ölkə başçısı savadlı gənclərin sayının artırılması məsələsini daim diqqətdə saxlayır. Bilirsiniz ki, bundan öncə dövlət tərəfindən xaricdə təhsillə bağlı xüsusi proqram həyata keçirildi və nəticədə 5000-ə yaxın gəncimiz xaricdə təhsil aldı. Ancaq indi Azərbaycan universitetlərinin potensialı güclənir, ölkəmizdə Avropa standartlarına cavab verən universitetlərin sayı getdikcə artır. Artıq Avropa və dünya ölkələrinin qabaqcıl universitetləri ilə rəqabətə girə biləcək ali məktəblərimiz var. Burada ADA universitetinin adını xüsusi qeyd etmək istərdim. Bu universitetlərdə kifayət qədər savadlı gəncimiz təhsil alır. Həmin gənclər Azərbaycanda kadr bazasını daha da zənginləşdirirlər.

Gördüyünüz kimi, ölkədə gənclərə hər zaman qayğı ilə yanaşılıb, onlar üçün lazımi şərait yaradılıb. Azərbaycanın bütün rayon və şəhərlərində “Gənclər Evi” yaradılıb ki, bu qurumlar bütövlükdə gənclərin potensialını ortaya çıxarmaq üçün xidmət göstərir”.

Millət vəkili vurğulayıb ki, istənilən ölkədə gəncləşdirmə siyasəti labüddür və vacibdir:

“Ölkəmizin hərtərəfli inkişafında gənclərimizin çox böyük rolu var. Gənclər müxtəlif sahələrdə çox uğurla fəaliyyət göstərir, ölkəmizin ümumi inkişafına böyük töhfə verirlər. Son dövrlərdə Prezident İlham Əliyev tərəfindən gənclərə göstərilən etimad bunun bariz nümunəsidir. Düşünürəm ki, belə addımlar gələcəkdə də atılacaq. Kadr islahatları zamanı gənclərin ön plana çəkilməsi struktur islahatlarının tərkib hissəsidir.

2019-cu il başlayandan bəri bir çox islahatların şahidi olduq. Belə ki, artıq çevik idarəetməyə keçilir, bir-birini təkrarlayan dövlət qurumları birləşdirilir, onların fəaliyyəti daha da optimallaşdırılır. Bu işlərdə isə gənclərin potensialından və enerjisindən istifadə olunur. Hər zaman olduğu kimi, bu gün də gənclərə etimad göstərilir. Gənclər də bunu düzgün qiymətləndirməyi bacarıb, onlara göstərilən etimadı doğrultmalıdırlar”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rəisinin helikopterini azərbaycanlılar tapıb – Video

ABŞ Dövlət Departamenti Rəisinin ölümündə İran hakimiyyətini ittiham edib

Azərbaycanda iki teatrın adı dəyişdirilir: İşçilərinin maaşı artacaq

Tualeti dəfnə yarpağı ilə sürtün – Evdar qadınlar bilməlidir

İlham Əliyev İran səfirliyinə getdi, başsağlığı verdi - Yenilənib

ABŞ İbrahim Rəisinin ölümü ilə əlaqədar İrana başsağlığı verib

Ərdoğan: Mövcud konstitusiya ilə Türkiyə irəli gedə bilməz

Blinken: “Netanyahunun həbsinə order verilməsi tələbi biabırçılıqdır”

Müdafiə Sənayesi Nazirliyinin Aparatına yeni rəhbər təyin olunub

Ən çox oxunanalar