Cümə, 23 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat: “Ali məktəblər savadlı müəllim hazırlaya bilmirsə...”

“Zaman keçdikcə təhsildə dəyişən paradiqmalara uyğun yeni islahatlara ehtiyac yaranır. Təhsilin əsas siması müəllimdir. Ali məktəblər savadlı müəllim hazırlaya bilmirsə, buna imthan yolu ilə nail ola bilmərik. İndiyə qədər müəllim hazırlayan Ali məktəblərin nüfuzu o qədər yüksək olmalı idi ki, onların məzunları imtahansız işə qəbul olunmalı idilər. Müstəqilliyimizdən 31 il keçir. Hələ də bu yolda axsayırıq. Müəllimlərin əksəriyyəti biliyi ətalətli və bitmiş şəkildə verməyə çalışırlar. Çünki ona dərs deyən müəllimlər də belə ediblər. Müəllim faktları sadalayır, metodları nümayiş etdirir, uşaqlar təkrarlayır və yadda saxlayırlar. Başqa qisim müəllimlər isə bilik adı altında tədqiqat aparmağa üstünlük verirlər. Təssüflər olsun ki, bizdə birinci tip müəllimlər daha çoxdur. Bilmək-problemi tədqiq etmək, onu savadlı və aydın şəkildə aşkara çıxarmaq, materilalı interperetasiya etmək və gəlinən nəticəni ciddi - cəhdlə müdafiə etmək bacarığıdır”.

Pravda.az-ın xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, müəllimin biliyi şərh etməsi nə qədər məhdud və mexanikidirsə, onunla şagird arasında primitiv münasibət yaranır: “Müəllim sadəcə test tapşırıqlarının cavabının tapılmasını uşaqlara öyrətməməlidir. Tədris proqramlarının uğuru bu ideyaya köklənməlidir: öyrətmə prosesi təsadüfi xarakter daşımasın. Və tanınmış pedaqoqlardan biri haqlı olaraq tədris proqramını "sehirli baxça" adlandırır. Biz səhih və dəqiq bilik əldə etmək üçün onun konkret yollarını aramalıyıq. Müəllim tədris etdiyi fəndəki yenilikləri izləməlidir. Vaxtilə fənlər üzrə maraqlı elmi jurnallar dərc olunurdu. Hətta ucqar kəndlərə belə göndərirdilər. Yayda da oxuyurduq. İndi məktəbli üçün bir dənə də olsun elmi-populyar jurnal yoxdur. Yalnız Orta məktəb dərsliyi ilə uşaqlardakı istedadı dərinləşdirmək mümkün deyil. Elm sahələrində böyük alimlərin ideyaları məktəblilərə və tələbələrə çatdırılmalıdır. Bioqrafiyaları ilə tanış olduğum bir neçə Nobel mükafatı laureatı Orta məktəblərdə dərs deyiblər. Rektorların açıq mühazirələrinə rast gəlmisinizmi? Bizim akademiklərin məktəblə əlaqələri varmı? Düzdür, uşaq sualları bəzən çətin olur, lakin sualın ətrafında da danışmaq olur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

UEFA Konfrans Liqası: "Zirə" "Omoniya" səfərində böyük hesabla məğlub olub - Yenilənib

Kirayə evlərin qiyməti ilə bağlı şok proqnoz 

KİV: İrəvandan Bakının COP29 dəvətinə cavab...

Ukraynanın Krasnodarda limanı vurması nəticəsində itkin düşən 17 tapılıb - Video, Yenilənib

Nigar özündən gözəl qızlarının fotosunu paylaşdı

Prezident və birinci xanım Dəşkənddə Heydər Əliyevin barelyefi önünə gül dəstləri qoyublar - Yenilənib

Sahil Babayev nazir olandan sonra pensiya alan əlillərin sayı sürətlə azalmağa başlayıb – Statistika

Ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri açıqlanıb

Polad Bülbüloğlu Özbəkistanın Xalq artisti oldu - Fotolar

Ən çox oxunanalar