Çərşənbə axşamı, 05 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəmir yolları” idarəsində qruplaşma: peşəkarlar etiraz edir

“Azərbaycan Dəmir Yolları” QSC-də tək ötən rüb ərzində 536 nəfər ixtisar edilib ki, bu da ümumi kollektivin 10%-dən çoxdur...

Mənbənin cumhuriyyet.az-a bildirdiyinə görə bu prosesin davam etdiriləcəyi planlaşdırılır və ixtisara gedilməsi barədə göstərişin birbaşa QSC-nin yeni sədri Rövşən Rüstəmov tərəfindən verildiyi deyilir. Mənbə ixtisarlar və yeni təyinatlarla bağlı da müəmmalı məqamların olduğunu qeyd edib. Məsələn, Elçin Zülfüqarovun ADY-nin İnfrastruktur departamentinin rəisi təyin olunması kollektivdə birmənalı qarşılanmayıb və bu təyinatın sırf qrup maraqlarına xidmət etdiyi bildirilir.

Məhz yarıtmaz idarəçilik sayəsində Azərbaycan Dəmir Yolları” xarici borcların ödənilməsi üzrə də risk qrupuna daxil edilib. Azərbaycan əlverişli coğrafi mövqedə yerləşsə də, ADY QSC-nin yükdaşıma strukturunda tranzit daşımaların payı 25 faizə, sərnişin daşımalarında beynəlxalq daşımaların payı isə cəmi 6 faizə yaxın olub. Qurumun nizamnaməsinin tələbinə baxmayaraq, ADY fəaliyyət və maliyyə hesabatlarını ictimaiyyətə açıqlamır.

Bunun əvəzində gənc və müasir tələblərə cavab verən mütəxəssislərin təklifləri qulaqardına vurulur. Həmin mütəxəssislər bəzi təkliflərini də cumhuriyyet.az-a təqdim edib:

– Quruma məxsus törəmə müəssisələrin ekspeditor fəaliyyətinin dayandırılması;

– Vaqonların müsabiqə əsasında və şəffaf şəkildə qısamüddətli dövr üzrə real qiymətlərlə icarəyə verilməsi;

– Güzəşt və tariflərin daşınan yükün növlərinə uyğun sahibkarlıq subyektləri arasında ayrıseçkilik yaradılmadan, sağlam rəqabət prinsipləri qorunmaqla vahid, şəffaf, əlçatan və proqnozlaşdırıla bilən şəkildə müəyyənləşdirilməsi;

– Tariflər üzrə güzəştlərin subyektlərə deyil, daşınan yüklərə şamil edilməsi və bu məqsədlə güzəşt tətbiq edilən yüklərin siyahısının təsdiqlənməsi;

– Yükgöndərənlər, daşıyıcılar və ekspeditorlar arasında münasibətləri tənzimləyən sənəd layihələrinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi;

– Sahibkarlıq subyektlərinin xidmətlərə daha asan çıxışının təmin edilməsi üçün elektron platformanın istifadəyə verilməsi.

Faktik olaraq bir qrup tərəfindən sıxışdırılaraq fəaliyyətsiz hala gətirilən bu mütəxəssislər yeni rəhbərliyə hələ də Ümüd edir:”Biz inanmaq istəyirik ki, yeni sədr R.Rüstəmov idarə daxilindəki qruplaşmanın diktəsindən kənara çıxaraq bizi eşidəcək”.

pia.az


Etiket: Dəmir yolları


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Azərbaycanda icra hakimiyyətində əməliyyatın keçirildiyi rəsmən təsdiqləndi

Azərbaycanda icra başçısının müavinləri saxlanılıblar? - Yenilənib

Azərbaycanın İnzibati Ərazi Bölgüsü Təsnifatı yenidən hazırlanıb: 11 şəhər, 76 rayon    

QHT Agentliyinin icraçı direktorunun səs yazısı: “Bizi yoxlasalar, yarım milyon taparlar…”

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdirinin direktorluq macərası

AFFA-nın vitse-prezidenti: Rövnəq Abdullayevdən belə qərar gözləmirdik

Qobuda 3 itin parçaladığı uşağın anası danışdı - Video

16 yaşında ailə quran qızın anası: “Yoldaşımın xasiyyəti tünddür” - Yenilənib, Video    

Ermənistan Ruslan Pənahovu Azərbaycana təhvil verməyə qərar verib - Yenilənib

Səhhətinə görə İsrailə getdiyi bildirilən Ramiz Mehdiyev: “İldə bir-iki dəfə baş verən haldır” - Yenilənib

İrəvanın tələb etdiyi səviyyədə münasibətlərin qurulması əslində Ankaranı kiçik düşürmürmü?

Ən çox oxunanalar

  • Bu gün
  • Bu həftə
  • Bu ay