Şənbə, 11 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dəhşətli zəlzələ fonunda Ərdoğana qarşı aparılan qara PR kampaniyası uğurlu ola bilərmi?

Təbii fəlakət sonrası Prezident Rəcəb Tayyib Ərdoğana qarşı qara PR kampaniyasının aparılması diqqət çəkir...

Siyasi-şərhçi: “Türkiyədə baş verən dəhşətli zəlzələdən özü üçün siyasi məqsədlər güdən bəzi qruplar meydana çıxır”.

“Bu gün bəzi qüvvələr ölkə daxilində müxtəlif çaxnaşma salıb Ərdoğanı hakimiyyətdən aparmaq və özlərinə uyğun rəhbəri Türkiyədə rəhbər görməyə çalışırlar”.

Bu sözləri siyasi-şərhçi İlyas Hüseynov zəlzələdən sonra Türkiyənin siyasi həyatında baş verənləri Poliqon.info-a şərh edərkən qeyd edib.

Türkiyədə baş verən təbii fəlakət sonrası Prezident Rəcəb Tayyib Ərdoğan və AKP iqtidarına qarşı qara PR kampaniyasının aparılması diqqət çəkir. Türkiyənin zəifləməsində maraqlı olan bu qüvvələr faktiki olaraq daxildə çaxnaşma salıb xalqı Ərdoğana qarşı qaldırmaq istəyir.

Baş verən dəhşətli zəlzələ fonunda Ərdoğana qarşı aparılan qara PR kampaniyası uğurlu ola bilərmi və hazırkı dönəmdə Türkiyədə hakimiyyət dəyişikliyi xarici siyasətdə hansı ciddi dəyişikliklər yarada bilər?

Bir neçə qüvvələrin Ərdoğana qarşı birləşməsini Poliqon.info-un əməkdaşı Sosial Tədqiqatlar Mərkəzinin (STM) sektor müdiri, politoloq İlyas Hüseynov ilə müzakirə edib.

İlyas Hüseynov: “Xaricdə Türkiyədə dövlət çevrilişi etmək və Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif planlar qurulur”.

Bu məkirli planın arxasında duran şəxslərin Ərdoğan kimi lideri Türkiyənin başında görmək istəmədiklərini vurğulayan siyasi-şərhçi bu planların iflasa uğrayacağını və onların arzularının ürəyində qalacağını düşünür:

“Türkiyədə baş verən dəhşətli zəlzələdən özü üçün siyasi məqsədlər güdən bəzi qruplar meydana çıxır. Həm xaricdə Türkiyədə dövlət çevrilişi etmək və Ərdoğanı hakimiyyətdən uzaqlaşdırmaq üçün müxtəlif planlar qurulur, həm də daxildə xarici dəstəyə güvənərək Ərdoğanı hakimiyyətdən yola salmaq üçün bir sıra məkirli planlar görünməkdədir. Müxalifət nümayəndələri dərhal zəlzələ bölgəsinə səfər etdilər. Təbii ki, öz auditoriyasını toplamaq, öz elektoratın hesabat vermək üçün müxalifət tərəfindən bu addımlar atılır.

Eyni zamanda nəzərə almaq lazımdır ki, dağıntıların miqyası, dağıntılar altından qalan insanların çoxluğu böyük bir faciədir. Bu təbiəti hadisəsindən özü üçün siyasi karyera qurmağa çalışan insanların yanaşması tamamilə yalnışdır. Bu faciədən özü üçün xöşbəxtlik axtaran bəzi insanlıqdan kənar şəxslərin olması təəssüf doğuran bir məqamdır. Türkiyədə müstəqil xarici siyasət yürüdür. Türkiyə lideri öz dövlətinin və millətinin maraqlarına uyğun Türkiyəni inkişafa aparır. Biz Türkiyə lideri timsalında ədalətli və hadisələrə obyektiv yanaşan şəxsiyyəti görürük.

İlyas Hüseynov: “Bu faciədən özü üçün xöşbəxtlik axtaran bəzi insanlıqdan kənar şəxslərin olması təəssüf doğuran bir məqamdır”.

Vətən müharibəsində Türkiyənin Azərbaycana verdiyi siyasi və mənəvi dəstək qələbəmizdə çox böyük rol oynadı. Bu gün bəzi qüvvələr ölkə daxilində müxtəlif çaxnaşma salıb Ərdoğanı hakimiyyətdən aparmaq və özlərinə uyğun rəhbəri Türkiyədə rəhbər görməyə çalışırlar. Artıq Ərdoğan Türkiyəni regional dövlətdən qlobal dövlətə çevirib. Rusiya-Ukrayna müharibəsində Türkiyə əsas vasitəçi dövlətdir. Həmçinin Türkiyənin Ərdoğanla birlikdə çox uğurları olub.

Lakin görünən odur ki, bu məkirli planın arxasında duran şəxslər Ərdoğan kimi lideri Türkiyənin başında görmək istəmirlər. Düşünürəm ki, bu planlar iflasa uğrayacaq və onların arzuları ürəyində qalacaq. Ərdoğan bu çətin durumdan ölkəsini, xalqını çıxara biləcək və Türkiyə daha da güclənəcək. Türkiyə bu proseslərdən uğurla çıxaraq. Ərdoğan Türkiyəyə qarşı qənim kəsilən dövlətlərin planlarını puça çıxaracaq”.

Nərminə UMUDLU
Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

İlham Əliyev və Mehriban Əliyeva Şuşaya köçmüş ilk sakinlərlə görüşüblər - Yenilənib, Fotolar

Prezident Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub - Yenilənib

Film kimi yəni: Deputat Fəzail Ağamalının kabinetindəki sirli otaq...

Prezident Laçının Sus kəndinə köçmüş sakinlərlə görüşüb - Yenilənib, Fotolar

Mamayı məscidinin bərpadan sonra açılışı olub - Yenilənib

Şəkildə fil, yoxsa zürafə var? - Şəxsiyyət testi

Azərbaycanda gənc yazıçının ölüm xəbəri yayıldı - Yenilənib

Paşinyanın Moskva səfərinin nəticələri... - Putin Ermənistan liderinə “qulaqbirması” verdimi, yoxsa əksinə...

Prezident və birinci xanım Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər - Yenilənib

Şuşada Şirin su hamamının bərpadan sonra açılışı olub - Yenilənib

Fazil Mustafaya qarşı sui-qəsdə cəhd cinayətinə baxan hakimin halı pisləşdi

Ən çox oxunanalar