Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Dəfələrlə suyun Bakı küçələrində sel kimi axdığının şahidi olmuşam”

“Başqalarını bilmirəm şəxsən özüm dəfələrlə suyun Bakı küçələrində sel kimi axdığının şahidi olmuşam. Özü də bu tək küçələrdə deyil, Xəzərin içindən keçən borularda da var. Suyun bu cür, ancaq boş yerə axmağı, yəni israfçılıq suyun maya dəyərinin ciddi artımına səbəb olur. İllərdir çürümüş su xəttlərinin təmirinə ayrılmış milyonlarla pullar sadəcə yeyilir və həmin məmurlar əvəzinə taxta pazlar borularda olan deşiklərə vurulur. Bu gün bəziləri 1 manata görə onsuz da suyu qənaətlə işlədən sakinləri israfçılığa yol verməməyə çağırır. Belələrinə məsləhət bilirəm ki, sıravi vətəndaşın bir ilə işlətdiyi suyu bir günə hektarlarla bağ sahələrinə axıdan məmur-oliqarxların işlətdikləri suya görə ödədikləri məbləğləri, yenə həmin məmurlara məxsus restoranlar, moykalar, istixanalar, hamamlar, saunalar və digər obyektlərdə sayğacların olub olmamasını, onların işləyib işləməməsini və digər fırıldaqlarını yoxlasınlar”.

PİA.az-ın xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılov qeyd edib ki, suyun qiymətinin artımının yalnız vətəndaşların suya ayırdığı büdcələrinə ziyan vuracağını düşünənlər də səhv edirlər: “Bunun daha ağır fəsadları olacaq. Bir çox imkansız ailələr məhz həyətyanı sahələri hesabına meyvə, tərəvəzə olan ehtiyaclarını ödəyirdilər. Su qiymətinin artımı onları meyvə, tərəvəz yetişdirib, ondan istifadə etmələrini də dayandıracaq. Bundan başqa, bir çox yerlərdə yaşıllıqlar məhz vətəndaşların öz su xəttləri hesabına sulandığını nəzərə alsaq yaşıllığa dəyən ziyanı da görməmək mümkün deyil. Dəqiq bilmirəm ki, hazırki su qiymətinin artımı büdcəyə neçə milyon gətirəcək, ancaq onun vurduğu ziyanın dəfələrlə çox olacağına şübhə etmirəm və əminəm ki, təkcə “Azərsu” ASC-nin israfçılığın qarşısını alması o məbləğlərdən çox olar. Mən hələ məmur-oliqarxların havayı istifadə etdikıləri suyun məbləğini, heç bir ehtiyac olmadan yüz milyonlara tikilən və tikiləcək ofis binaların dəyərini demirəm. Sonda bir daha hakimiyyətə müraciət edirəm ki, 44 günlük Vətən Müharibəsi zamanı da qazanc kimi istifadə edən harınların yox, həmin günləri Sizin yanınızda olan, bir tikə çörəyini də əsgər və zabitlərimizlə bölüşən kasıb təbəqənin yanında olun”. (Pravda.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

Qaradağda 57 yaşlı anasını qətlə yetirməkdə şübhəli bilinən şəxs barəsində cinayət işi açılıb - Yenilənib

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar