Cümə, 30 Avqust 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Daşaltı kəndinə ekoturizm marşrutları yaradılacaq

Hazırda vacib məsələlərdən biri Şuşanın mədəni turizm məkanı kimi təbliğ edilməsidir...

Dövlət Turizm Agentliyi Şuşa rayonunun Daşaltı kəndinə ekoturizm marşrutları yaratmağı planlaşdırır.

Bu barədə “Report”a qurumun sədr müavini Azadə Hüseynova məlumat verib.

“Daşaltı kəndinə müxtəlif piyada yollarının təşkil edilməsi, eləcə də bu ərazini Şuşa şəhəri ilə birləşdirən piyada yolun tədqiq edilməsi və öyrənilməsi nəzərdə tutulur. Daşaltının ekoturizm imkanları genişdir. Konseptual olaraq bu məsələni işləmişik, reallaşması isə tam olaraq bizdən asılı deyil, çünki təhlükəsizlik baxımından digər qurumlarla razılaşdırılmalıdır. Növbəti illərdə çalışacağıq ki, bu istiqamətdə real işlər görülsün”, - deyə o qeyd edib.

A.Hüseynovanın sözlərinə görə, hazırda vacib məsələlərdən biri Şuşanın mədəni turizm məkanı kimi təbliğ edilməsiidir:

Şuşa zəngin mədəni irsi ilə Azərbaycanın mədəniyyət paytaxtıdır. Hazırda turizm nöqteyi-nəzərdən planlardan birincisi Şuşanın mədəni məkanı kimi inkişaf etdirilməsidir. Artıq müxtəlif qurumlar birgə Şuşaya turlar təşkil edir”.

Xatırladaq ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov bir qədər əvvəl bəyan edib ki, şəhərin girişində - Daşaltı kəndində turizm mərkəzləri tikiləcək və bu, Şuşanın turizm potensialını daha da artıracaq.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Şabranda yük maşınının körpüdən aşması nəticəsində ölənlərin kimliyi məlum olub - Yenilənib

Qubada avtomobil qəzasında xəsarət alan 15 nəfərin kimliyi məlum olub - Yenilənib

Əhaliyə xəbərdarlıq - Bu gün telefondan maksimum az istifadə edin

Sentyabrın 1-dən "WhatsApp" bu telefonlarda işləməyəcək

Oyun qaydaları dəyişəcək - Ukraynanın sirli "Palyanitsa" PUA-sı nəyə qadirdir?..

"TikTok" canlı yayımında xanım hüquqşünası söydü - Həbs edildi

"Kubik" kəskin bahalaşdı - Evlərin qiyməti artacaqmı?

Uşaqları ölümə aparan addım - Valideynlərə xəbərdarlıq

Ən çox oxunanalar