Şənbə, 18 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Danilov: Nə 20-ci, nə də 21-ci əsrdə Ukraynadakı kimi müharibə olmayıb

Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTŞ) katibi Aleksiy Danilov etiraf edib ki, Müdafiə Qüvvələrinin hücumu ümidləri doğrultmayıb...

Poliqon xəbər verir ki, Danilov bu barədə BBC-yə müsahibəsində danışıb.

Ukrayna rəsmisinin sözlərinə görə, hücumda uğursuzluqlar Ukraynanın müharibədə məğlub olacağı anlamına gəlmir. Həmçinin MTŞ katibi əmindir ki, ABŞ-dan hərbi maliyyə mütləq gələcək.

“May ayında ölkəmizin hər bir vətəndaşı müharibənin tez bir zamanda bitməsini istəyirdi. Ümidlər var idi, amma özünü doğrultmadı. İki ildir ki, ölkəmizi müdafiə etməyimiz artıq böyük qələbədir”, deyə Danilov bildirib.

Rəsmi bildirib ki, ukraynalılar çox nikbindirlər. Ancaq döyüş meydanında əla oyunçu olmaq mümkün deyil və vəziyyət çox ağırdır:

“İnsanlar bəzən səhv edirlər. Ömrün boyu əla insan ola bilməzsən. Cəbhədə vəziyyət çox ağırdır, köhnə müharibə dərslikləri, o cümlədən NATO dərslikləri arxivə qaytarılmalıdır. Nə 20-ci əsrdə, nə də 21-ci əsrdə ölkəmizdəki kimi müharibə olmayıb”.

Qeyd edək ki, Amerikanın The Wall Street Journal nəşrinə görə, tam uğurlu olmayan yay əks-hücumunun və Qərb silahlarının tədarükü ilə bağlı problemlər fonunda, Ukrayna rus təcavüzkarının sonrakı irəliləyişini dayandırmaq üçün müdafiəyə keçməyə məcburdur. Hər şey yaxşı olarsa, Ukrayna yalnız 2025-ci ilin yazında yenidən irəliləyə biləcək.

Poliqon.info




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Sosial şəbəkələrdə çılpaq videosunu yayan müəssisə direktoru saxrlanıldı

Fantastik qiymətə avtomobil nömrələri satılır - Video

Ana oğlunun şəhid olduğu yeri ilk dəfə gördü - Video

Bakıda iki qadınla yaşayan taksi sürücüsü qatilə çevrildi - Video

Vətən Müharibəsi Qəhrəmanına yüksək vəzifə verildi

Mətanət Əsgərqızı DİN yanında İctimai Şuradan qovuldu

Mustafa Ceceli Azərbaycanlı jurnalistdən üzr istədi

Azərbaycan Premyer Liqası: "Qarabağ" "Turan Tovuz"a qalib gəlib

14 yaşlı argentinalı fubolçu Maradonanın rekordunu qırıb

Belarus Prezidenti Füzuli rayonuna səfər edib - Yenilənib

Ən çox oxunanalar