Bazar, 21 İyul 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Dağlıq Qarabağ danışıqları intensivləşib - İrəliləyiş gözlənilirmi?...

Politoloq: “Mən deməzdim ki, son günlər Dağlıq Qarabağ danışıqları kifayət qədər çox intensivləşib”

“Dağlıq Qarabağla bağlı növbəti görüşün yanvar ayına təyin edilməsi ondan xəbər verir ki, əslində kiçik də olsa, hansısa təkliflər var”.

Bu sözləri politoloq İlqar Vəlizadə son günlər xarici işlər nazirləri səviyyəsində Dağlıq Qarabağ danışıqlarının intensivləşməsini PİA.az-a şərh edərkən qeyd edib.

Xəbər verdiyimiz kimi Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan ilə 5 dekabr tarixində Milanda görüşü baş tutdu.

Xarici İşlər Nazirliyindən verilən məlumata görə, nazir E.Məmmədyarov görüşün yekunlarını belə şərh edib. “Üç saatadək davam edən görüşdə tərəflərin bir-birlərinin mövqeyini daha yaxşı anlaması baxımından çox mühüm və faydalı danışıqlar aparılıb”, deyə ölkəmizin baş diplomatı bildirib.

Nazir Məmmədyarov onu da bildirib ki, bu formatda danışıqların yaxın gələcəkdə, böyük ehtimal ilə gələn ay davam etdirilməsi razılaşdırılıb.

Həmçinin Milanda keçirilən ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində keçirilmiş görüşün yekunları ilə bağlı ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin, Azərbaycanın və Ermənistanın nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında deyilir ki, ATƏT Minsk qrupunun həmsədr ölkələri, AzərbaycanErmənistan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə nail olmaq üçün işləri davam etdirməyə razılaşıblar.

Sənəddə vurğulanır ki, ATƏT Minsk Qrupunun həmsədrləri (Rusiya Federasiyası, Amerika Birləşmiş Ştatları və Fransa), Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovErmənistanın xarici işlər naziri vəzifəsini icra edən Zorab Mnatsakanyan Dağlıq Qarabağ münaqişəsinin ədalətli və davamlı sülh yolu ilə həlli istiqamətində işlərin davam etdirilməsi barədə razılığa gəliblər.

Verilən bəyatalardan belə görüntü yaranır ki, son günlər xarici işlər nazirləri səviyyəsində Dağlıq Qarabağ danışıqları intensivləşib. Bu intensivliyi nəylə əlaqələndirmək olar? Hesab etmək olarmı ki, Ermənistandakı seçkilərdən sonra iki ölkə rəbhəri sülh prossesinin ölü nöqtədən çıxarılması üçün siyasi iradə nümayiş etdirə bilərlər?

AzərbaycanErmənistan xarici işlər nazirlərinin Milan görüşü ilə bağlı PİA.az-ın əməkdaşı politoloq İlqar Vəlizadənin fikirlərini öyrənib.

İlqar Vəlizadə: “Bundan sonra proseslərin necə olacağı Ermənsitan tərəfindən asılı olacaq. Çünki Azərbaycan öz mövqeyini çoxdan müəyyənləşdirib”.

Milanda keçirilən görüşlərin o biri görüşlərdən seçilmədiyini vurğulayan politoloq PİA.az-a açıqlamasında əlavə edib ki, son görüşlə bağlı yeganə fərq kimi onu demək olar ki, tərəflər 3 saata yaxın vaxtlarda məsələləri müzakirə ediblər. Bu da onu deməyə əsas verir ki, doğrudan da gündəmdə ciddi məsələlər var və iştirakçılar bu ciddi məsələləri ötəri müzakirə etməyiblər:

“Mən deməzdim ki, son günlər Dağlıq Qarabağ danışıqları kifayət qədər çox intensivləşib. Çünki danışıqlar prosesi öz axarı ilə gedir. Dağlıq Qarabağla bağlı görüşlərin gündəliyini Minsk qrupunun həmsədrləri ilə, xarici işlər nazirləri bir yerdə tərtib edirlər.

Bildiyimiz kimi Qarabağ münaqişəsi ilə bağlı görüş bundan əvvəl Nyu-Yorkda keçirilmişdi. Dekabrın 5-də isə Milanda Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan Respublikasının xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan görüşündə ilin yekununa həsr edilmiş məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.

Dağlıq Qarabağla bağlı növbəti görüşün yanvar ayına təyin edilməsi ondan xəbər verir ki, əslində kiçik də olsa, ortada hansısa təkliflər var. Bu təkliflər də Ermənistandakı seçkilərdən sonra öz təsdiqini gözləyir. Paşinyan Ermənsitanda yenidən baş nazir seçiləndən sonra yəqin ki, bu təkliflərə öz münasibətini bildirəcək.

İlqar Vəlizadə: “Əgər yanvar ayında Dağlıq Qarabağ danışıqları məhsuldar olsa, son görüşlə bağlı müsbət fikir söyləmək olar”.

Amma ümumillikdə götürsək bildiyimiz kimi Dağlıq Qarabağ məsələsinin həlli ilə bağlı belə görüşlər çox olub. Demək olar ki, Milanda keçirilən görüşlər də o biri görüşlərdən seçilmir. Son görüşlə bağlı yeganə fərq kimi onu demək olar ki, tərəflər 3 saata yaxın vaxtlarda məsələləri müzakirə ediblər. Bu da onu deməyə əsas verir ki, doğrudan da gündəmdə ciddi məsələlər var və iştirakçılar bu ciddi məsələləri ötəri müzakirə etməyiblər.

Bundan sonra proseslərin necə olacağı Ermənsitan tərəfindən asılı olacaq. Çünki Azərbaycan öz mövqeyini çoxdan müəyyənləşdirib. Əslində Azərbaycan həmişə substantiv danışıqları dəstəkləyib. Ermənsitan isə danışıqlara müəyyən əngəllər törədib.

Əgər yanvar ayında Dağlıq Qarabağ danışıqları məhsuldar olsa, son görüşlə bağlı müsbət fikir söyləmək olar”.

Nərminə UMUDLU
pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

ABŞ və Çinin baş diplomatları gələn həftə Laosda görüşəcək

Bakıda biznesmenin müəmmalı ölümü - Qardaşı şikayətçidir

Gürcüstanda məhkumların 10 faizi azadlığa buraxılacaq

700 bal toplayan Şəbnəm bu universitetdə oxumaq istəyir

Daha dörd bitərəf deputat növbədənkənar seçkilərdə namizədliyini irəli sürüb

Şuşada II Qlobal Media Forumu keçirilir, Prezident İlham Əliyev Forumda çıxış edib - Video

İlham Əliyev Paşinyanın Britaniyada onunla görüşdən imtina etməsi barədə danışıb    

Bakıda 75 yaşlı kişini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb - Yenilənib

Azərbaycanda qaz sayğacları ilə bağlı texniki reqlament təsdiq ediləcək

Ötən gün bank kartlarından 55 min manatdan çox pul oğurlanıb

YAP Mərkəzi Aparatında müşavirə keçirilib - Foto

Ən çox oxunanalar